adalet.az header logo
  • Bakı -°C
22 Sentyabr 2026 18:00
36
DÜNYA
A- A+

Netanyahu Nyu-York merindən narazıdır

İsrailin Baş naziri Benyamin Netanyahu Nyu-York şəhərinin meri Zöhran Mamdanini Fələstin HƏMAS hərəkatını dəstəkləməkdə günahlandırıb. 

Adalet.az xəbər verir ki, o, bunu "X" sosial media hesabında yazıb. 

"Nyu-York yəhudilərinə qarşı iğtişaşlar törətdiyiniz üçün utanc hissi keçirirəm. Mən BMT- yə gedirəm. Qəhrəman əsgərlərimiz və sizin haqqınızda həqiqəti deyəcəyəm".

Netanyahunun 26 sentyabrda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı planlaşdırılır.

Daha əvvəl Nyu-York şəhərinin meri Zöhran Mamdani BMT Baş Assambleyasına səfəri zamanı İsrail Baş naziri Benyamin Netanyahunun həbs olunması ehtimalını vəkillərlə müzakirə etdiyini açıqlamışdı.