adalet.az header logo
  • Bakı -°C

SƏNƏ İKİ ELƏ YUMRUQ VURMUŞAM Kİ… - Aqil ABBAS yazır

AQİL ABBAS
120 | 2026-04-13 17:48
A- A+

İki nəfər dalaşır, biri o birisini yerə yıxıb döyür.  Adamlar tökülüb  aralaşdırır. Döyülən ağzının-burnunun qanını silə-silə deyir:

- Sənə altdan  iki elə yumruq vurmuşam ki, ağrısını bir həftədən sonra hiss edəcəksən.

İndi ABŞ-İsrail-İran müharibəsi də ona oxşayır. 

İslamabaddakı danışıqlar  bir nəticə vermədi, hər kəs öz sözünün üstündə durdu. 

İran nümayəndələrinin rəhbərləri ABŞ-ın vitse-prezidentini yola salanda dedi:

- Gedin, gedin, sizə iki dənə elə yumruq qoymuşam ki, istisini bir həftədən sonra biləcəksiniz. 

Və ya başqa cür  yanaşın. Yenə iki nəfər dalaşır. Biri o birisini altına yıxıb döyür, döyə-döyə də ağlayır. Kənardan baxanlar deyir:

- Həm döyürsən, həm də ağlayırsan, niyə?

- Bilmirsiz  ey, bu ayağa durandan sonra məni öldürəcək. 

İndi deyəsən, Amerika da İranın ayağa durmasından qorxur və vaxt qazanmaq istəyir. 

 

TƏQVİM / ARXİV