"Vahid məktəbli geyim formasının nəyi pisdir ki?" - Gülyanaq Məmmədova
"Məktəbli forması vacibdir. Bu ənənə bizim dövrümüzdə də olub, bu gün də davam edir. Dövlətimizin təhsilin dünyəviliyi və vahid məktəbli geyim forması ilə bağlı qərarını dəstəkləyirəm".
Bunu mətbuata açıqlamasında Xalq artisti, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Gülyanaq Məmmədova deyib.
Onun sözlərinə görə, geyim mədəniyyətin göstəricilərindən biridir və təhsil mühitində müəllimlə şagird arasında qarşılıqlı hörmətin formalaşmasında da mühüm rol oynayır:
"Geyim ümumilikdə mədəniyyətimizdən xəbər verir. Məktəbli formasına hər zaman sevgi və hörmətlə yanaşmışıq. Formanın səliqəli, ütülü olması məktəb mühitinə xüsusi nizam-intizam verir. Mən özüm də müəlliməm və tələbələrimin qarşısına çıxarkən geyim mədəniyyətinə diqqət yetirirəm.
Səhnədə ölkəmizi təmsil edən, milli dəyərlərimizi, adət-ənənələrimizi qorumağa çalışan bir sənət adamı kimi bu məsələyə xüsusi önəm verirəm. İstər Azərbaycanda, istərsə də xaricdə mədəniyyətimizi və dəyərlərimizi layiqincə təmsil etməyə çalışıram.
Biz dilimizə, dinimizə, İslam dininə böyük hörmətlə yanaşır, hər zaman Allaha şükür edirik. Vahid məktəbli geyim formasının nəyi pisdir ki? Təhsillə və məktəb mədəniyyəti ilə bağlı qəbul edilən qərarlara hörmətlə yanaşmalı, bir-birimizi sevməli və qarşılıqlı hörmət göstərməliyik", - deyə Xalq artisti bildirib.
Digər Xəbərlər
12 Oktyabr 2026 10:02
Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir
10 Oktyabr 2026 14:01
Məktəblilər belə geyinməlidir - VİDEO
09 Oktyabr 2026 17:00
LDU-da Respublika elmi-praktiki konfransı keçirilib
09 Oktyabr 2026 16:46
Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
07 Oktyabr 2026 11:20
“Əgər dövlət sifarişli yerlər boş qalacaqdısa, niyə həmin yerlər ilk müsabiqədə...”
06 Oktyabr 2026 20:11
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən etdi
06 Oktyabr 2026 17:30
DİM sədri ali məktəblərdə boş qalmasının səbəbini açıqlandı
06 Oktyabr 2026 16:09


Bakı -°C

