adalet.az header logo
  • Bakı -°C
12 Oktyabr 2026 14:10
77
GÜNDƏM
A- A+

“Cəmiyyətin orta əsr qaranlığına gömülməsinə yol verməyəcəyik” - Elman Cəfərlidən ideoloji təxribatlara cavab

“Məktəb ibadət yeri deyil, elm, bilik öyrənmə məkanıdır. Dini simvolları məktəbə buraxmaq olmaz. Azərbaycan dünyəvi dövlətdir. Hamı qanunlara əməl etməlidir”. 

Bu sözləri adalat.az-a açıqlamasında Herbiand.az saytının redaktoru Elman Cəfərli deyib. Onun sözlərinə görə, bir sıra qüvvələr xaricdəki donorlarının fitnəsi ilə Azərbaycanda hicabla süni ajiotaj yaratmaq istəyir:

“Azərbaycanda inanc azadlığı var, heç kimin dini əqidəsi sorğulanmır. Azərbaycan xalqı 2 ay: məhərrəm və ramazan aylarında övladına toy belə etmir, dini inanclı insanlara ehtiram göstərir. Rəsmi qurumlar heç kimin ibadətinə mane olmur. Amma bu tolerantlıqdan istifadə edib cəmiyyəti orta əsr qaranlığına gömmək olmaz. Biz buna yol verməyəcəyik. Azərbaycan təhsili dünyəvidir, vahid məktəbli geyim forması var. Vahid məktəbli geyim forması əksinə çox yaxşı bir modeldir. İctimai bərabərlik yaradan çərçivədir. Təsəvvür edin ki, vahid məktəbli geyimi yoxdur. Onda necə olar. Varlının övladı məktəbiə bahalı paltarda gələcək, aztəminatlı ailələrin uşaqları psixoloji diskomfort yaşayacaqlar. Vahid geyim müəllimlər üçün də tətbiq olunmalıdır. Azərbaycanda 150 ildən çoxdur dünyəvi təhsil ənənəsi var. Biz bunun ancaq faydasını görmüşük. Bu illər ərzində elmdə, tibbdə, idarəetmədə, ədəbiyyatda yüzlərlə istedadlı xanımlarımız yetişib, bizi dünyada təmsil ediblər. İslam dövləti olan İranın özündə belə qadınlar, xüsusən gənclər hicabdan kütləvi şəkildə imtina edirlər. 2022-ci ildə baş vermiş “hicab qiyamı”ndan sonra iran rejimi məcbur olub geri addım atdı. Artıq iri şəhərlərdə, univeristetlərdə gənc xanımlar hicab taxmır. Qəribədir ki, özlərinə umac ova bilməyənlər, bizə əriştə kəsirlər. Azərbaycanın bir əsrdən artıq dünyəvi təhsil təcrübəsi var. Bizə heç kim mane olmasın, ola da bilməz. Azərbaycan güclü dövlətdir, bizə mane olmaq istəyənlər, ideoloji təxribat həyata keçirmək istəyənlərin arzusu gözündə qalacaq”.

Əntiqə