Rəqslərdəki “kriminal” elementlər, itib-batan milliliyimiz - Eminquey yazır

EMİNQUEY AKİF
902 | 2023-11-27 14:07

Uşaqlarınızı qızlı-oğlanlı aparıb qoyursuz rəqsə. Dıydıx “rəqs müəllimləri” də kriminal kultun nə ki sərsəm hərəkətləri var, rəqsə yükləyib yeridirlər qızlarınıza, oğlanlarınıza. 

Nədir də bu tendensiya?! 

Uşaqlarınız normal rəqs etməyi bacardı bəs etmir sizə?

Bu gədə-güdənin öyrətdiyi Azərbaycan rəqsi deyil axı!? 

Əvvəllər kişilər rəqs edəndə yer silkələnirdi, indi isə özləri silkələnir, əzaları lərzəyə gəlir.

Əvvəllər qadın durna kimi süzürdülər, indi isə onlar da indiki kişilər kimi silkələnməklə məşğuldurlar.

Allahaqqı, illah da qızların o əllərini ovcuna aparıb nəşə eşməyi, sonra ağızlarına aparmağı, nəşəxorlar kimi əllərini yanlarına sürtüb səkkiz formasında oynamaqları biabırçılıqdır.

İndi “əşşi, əyləncədir də, rəqsdir də” deyib keçirsiniz, 15-20 il sonra başqa geydirmə bir millətə çevriləcəksiniz. 

Üzünüzdəki mimikalarınızı dəyişirsiniz, dalınızı dəyişirsiniz, qabağınızı dəyişirsiniz, dilinizi dəyişirsiniz, rəqsinizi dəyişirsiniz, ruhunuzu dəyişirsiniz, mənəviyyatınızı dəyişirsiniz. 

Özünüzdən və özümüzdən heç nə qalmayacaq bu gedişlə.

TƏQVİM / ARXİV