“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən dəhşətli xəbərdarlıq
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus yeni tənəffüs yolları patogeninin COVID-19-a bənzər genişmiqyaslı yeni pandemiyaya yol aça biləcəyi barədə xəbərdarlıq edib.
Adalet.az TASS-a istinadən xəbər verir ki, ÜST rəhbəri bu barədə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində təşkil olunan mətbuat konfransında danışıb.
Qebreyesus növbəti pandemiyanın erkən və ya gec baş verəcəyinin qaçılmaz olduğunu vurğulayıb:
“Gecələr yuxumu əlimdən alan əsas narahatlıqlardan biri yeni tənəffüs patogeninin ortaya çıxma ehtimalıdır. Bu xəstəlik COVID-19-un yaratdığı ağır fəsadlarla eyni nəticələrə gətirib çıxara bilər”.
Xəstəliklərin sürətlə yayılma riskinə misal olaraq ÜST rəhbəri Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyasını göstərib. O bildirib ki, infeksiya dünyanın istənilən nöqtəsində baş qaldıra bilər və bu, təkcə yerli əhaliyə deyil, qonşu ölkələrə və bütün dünyaya təhdid yaradır.
Digər Xəbərlər
26 Sentyabr 2026 00:10
Xəzərdə batan hərbçilərin adları açıqlandı - Yaxınları fəryad etdi - VİDEO
26 Sentyabr 2026 00:00
Bloomberg: Tramp Zelenskini Putinlə görüşmək üçün Moskvaya getməyə çağırıb
25 Sentyabr 2026 23:52
Gürcüstan 10 ildir axtarışda olan şəxsi ABŞ-yə təhvil verdi
25 Sentyabr 2026 23:41


Bakı -°C

