QAR QAN AĞLAR...

FƏRİDƏ RƏHİMLİ
18809 | 2019-02-22 18:14

Hər dəfə qışda çox üşüyəndəXocalını xatırlayıram. Bu, yəqin ki, videolentlərin yaddaşını ağladan okadrlardan şüuraltıma köçüb – Milli Qəhrəman Allahverdi Bağırovun köməkliyi iləgeri alınmış, qışın çovğununda ayaqyalın, əl-ayaqlarını don vurmuş insanların- əsir qadınların, kişilərin üzlərindəkisevincqarışıq əzab, işgəncə, xəcalət ifadəsiylə yaddaşıma köçüb.

Qəddar səslənsə də, bəzənbir anlıq düşünmüşdüm ki, əsirlikdəki o insanlar əliyalın da olsa hücum çəksəydilərerməni dığalarına, gözləmədikləri halda silahlarını alsaydılar ölənədəkvuruşsaydılar... heç olmasa əzilən heysiyatlarının, tapdanmış qürurlarının,alçaldılmış şərəflərinin hayıfını alsaydılar. Amma tez də vicdan əzabı çəkərəközümü onların yerində təsəvvür edirəm. Qorxu hakim kəsildimi, hərəkətlərinəkontrol edə bilmir insan. Həm can şirin şeydi...

Xocalı faciəsi o illərdənbeynimə, düşüncəmə hakim kəsilərək, şüuraltına elə oturdu ki, yuxularımda illərlətəkrar olunan müharibə, əsir düşmək, girov götürülmək kimi kabuslardan xilasola bilmirəm. Və artıq düşünürəm ki, bu kabus məni, beynimi, yuxularımı yalnız realqələbədən sonra tərk edəcək.

Yuxularımda əsirləri,girovları xilas edirəm. Amma hallarına o qədər acıyıram, ağlayıram ki,oyandığımda haldan, taqətdən düşmüş, tər, göz yaşları içində oluram. Bir müddəthətta psixoloq seanslarına da baş vurmaq istədim, bu kabus məni tərk etsin deyə.Lakin sonradan düşündüm ki, bu yuxuları, onların halını anlayan həmvətəndaşolaraq hər birimiz görməliyik ki, o insanların əzabını, işgəncələrini,bütövlükdə Vətənin çəkdiyini dərk edə bilək. O zaman hiss edə bilərdik insan əzabınınson həddini, ölməz Məmməd Araz kimi:

Ey daşlaşan, torpaqlaşan
ulu babam,
Bu günümdən dünənimə uzaqlaşan,
ulu babam,
....Sənə gələn, səndən ötən
nəydi belə?
Səndən ötüb qardaşına dəydi belə?!
Bununlamı neçə dəfə
Ata-oğul, qardaş hissi haçalandı,
Bir şəhərin,
Beş qardaşın xanlığına parçalandı?!
O zamanmı bitdi bizim dilimizin
"sənin”, "mənim” qabarı da?
O zamanmı bitdi bizim dilimizin
"Haralısan” damarı da?..
Səninləyəm, ulu babam?
Bu məsəli kimdi yazan?..

Bu suallara cavabtapsaq... bax o zaman psixoloqa ehtiyac qalmayacaq, Vətən də, o işgəncələri, təhqirlərigündüz beyinlərindən, hafizələrindən, gecələr düşüncələrindən, yuxularından silibatmaq ən böyük arzuları olan xocalılar da əzabdan qurtulacaqlar.

Çox üşüyəndə Xocalınıxatırlayıram. Uşaqlıqdan qar ən sevdiyim Allah möcüzəsiydi. O qar yağışı özüyləsəbəbsiz sevinc doldurardı ürəyimə. Ən dərdli anımda da qar yağışı əhvalımı düzəldərdi.Bolluq, bərəkət, təmizlik rəmzi hesab etdiyim qarın yağmasına indi tam sevinəbilmirəm, çünki 1990-dan başlamış şəhid qanının qırmızıya boyadığı gündən qarsevinc verə bilmir mənə. Sevinməyi şəhidlərə xəyanət hesab edirəm. Axı o günqar da qan ağlayırdı... 1992-də Xocalı şəhidlərinin qar üzərində səpələnmişmeyitləri və qırmızı qar lövhəsi o sevinmək haqqını alıb əlimdən...

Həyatımda bir dəfə donmatəhlükəsiylə qarşılaşmışam. Bədən əvvəl üşüyür, sonra damarlarda qanın hərəkətiyavaşıyır, çətinləşir, tərpətmək beləistəmirsən əl-qolunu, sonra şirin bir yuxu gəlir və heç bir şey hiss etmirsən...

Amma onlar yaralıydılar,yaraları sızıldayır, göynəyir, qanları axır, şaxta da bu ağrını birə-beşartırır, həyəcan, təlaş, qorxu, vəhşət rahat "yatmağa” qoymurdu... və o dəhşətinağuşunda tərk etdilər dünyanı... şəhidlik zirvəsinə yüksəldilər, amma cansızcisimlərinin üzündəki əzab işarəti əbədi qalaraq bizə demək istədiklərinin şəkliniçəkdi...

Üşüyəndə Xocalını xatırlayıram.Siz də üşüyün, hətta yayın ortasında da üşüyün ki, Xocalını unutmayaq!


TƏQVİM / ARXİV