ƏSA... MÜDAFİƏ SİLAHI... - Fəridə RƏHİMLİ yazır

FƏRİDƏ RƏHİMLİ
29426 | 2019-10-04 18:06

Niyə əsayla müdafiə olunurdular? Çünki indisilahları yalnız əsa idi. Əsasız addım ata bilmirlər, əsa itirdikləriayaqlarını əvəz edir, müdafiə olunmaq üçün də ondan silah kimi istifadə edirlər.Yeriyib yüyürə bildikləri, heç kimə möhtac olmadıqları zaman xalqı damöhtaclıqdan, köləlikdən qorumaq üçünsinələrini qabağa vermişdilər. İki ayaqla getdilər, tək ayaqla döndülər...

Bir mərmiylə göyə sovrulan arzularının puçolduğu gündü o gün - ayağının onu tərk etdiyi gün. Ayılanda, olayı anlayanda dəhşətdəndəli olmaq həddinə gəldiyi gün.

O sızıldayan sahibsiz ayağı tez-tez yuxusunagirir Qazinin. Özünün bir parçası olan o ayağın harda dəfn olunmasından xəbəriolmayanları da var. Görəsən gedib ayağının məzarı başında ağlayanı varmı bu Qazilərin?O "məzarın” başında keçirdiyi analaşılmaz hisslərin - ayaqlıların heç vaxtanlamayacağı, onlara yad olan hisslərin cilovunda çapalayan Qazilər görəsənyuxuda bayatı, ağı deyirlərmi ölmüş ayaqlarına?!.

Bəzən yuxudaayaqlı görürlər özlərini. Döyüşürlər, qələbə çalırlar, qaçırlar, yüyürürlər, futbol oynayırlar - yuxuda xoşbəxtolurlar Qazilər. Çoxu belə də xoşbəxtdi, çünki anlayana mərdlik, kişilik, qeyrətnümunəsidir bugünkü halları. Görəsən heç "kaş ki” deyirlərmi? Kaş ki, o an ordaolmasaydım. Kaş ki, bir an o mərmidən yan keçsəydim... kaş ki, bu gün "mənəm, mənəm”deyən nacinsləri qorumasaydım!...

"Müharibə başlasa yenə gedəcəyik, yarımqoyduğumuz işləri başa çatdıracağıq. Ayaqlarımız orda bizi gözləyir. Onlara qovuşmayagedəcəyik, amma bu dəfə qələbəylə”, - deyirdilər. Amma hər şey tərsinə cövlaneləməyə başladı. Vətəndə harınlamış, vicdanını itirmiş, amalı, məqsədimaddiyyat olan, milli hissiyyatın, qeyrətin nə demək olduğunu bilməyən "vətəndaşlarla”döyüşməli oldular - nadan sürüsüylə, cahil dəstəsiylə, vətəni pul, var-dövlət,rahatlıq kimi anlayan ələbaxan yaltaq sürüsüylə - qoçularla.

Bu münasibət onlara düşmən gülləsindən betəroldu! Bu arxadan zərbə idi. Bu, bütün amallarının puç olması idi! Ayaqlarınınboş qalan yeri iyirmi yeddi ildən sonra indi daha çox, daha dözülməz ağrıylasızıldamağa başladı. Qürur hissiylə yaşadığı illər bir anın içərisində mənasızbir heçliyə döndü. Haqlımı, haqsızmı olduğunu ayırd edə bilmədi. Qoçularınqarşısında özünü müdafiə üçün əsasına əl atanda anladı ki, o an vətən əldəngetdi! Torpağın geri alınacağı ümidi qırıldı – ürəkli oğulların ayağı yox düşmənüstünə getsin, ayaqlı pul hərisləri də onlarla döyüşür. Belə olduğu halda Əlvida,Vətən! Əlvida, qovuşacağıma ümid etdiyim ayağım! Sənə tərəf gələ bilməyəcəm. Odünyada görüşənədək! Kaş ki sənlə gedəydim, bugünkü dəhşətləri yaşamayaydım. Qələbəəzmiylə, düşmənin başını əzmək ümidiylə tərk edəydim bu dünyanı. O zaman ölümümözümə mənalı görünərdi. Düşmən gülləsiylə ölmək bu qədər acı, ağrıdıcı olmazmış!Düşməninin kim olduğunu ayırd edə bilməmək əzabını yaşamaq daha ağırmış!

... Qarabağda qalan ayağının sızıltısını o günəqədər belə dəhşətlə hiss etməmişdi Qazi. Kim idi Qazi? Vətən qarşısında borcunuverib hər kəsin üzərində haqqı olanmı, yoxsa döyüşdə ölmədiyinə peşman edilmişkeçmiş döyüşçümü?

O gün ki Vətəndə Qazinin ayağınıəvəz edən əsası özünü müdafiəyə qalxdı...


  • Oktyabr:
  • 4

TƏQVİM / ARXİV