Putin COP 29-da iştirak edəcək? - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
2790 | 2024-10-21 19:10

Bakıda keçriləcək COP 29 tədbiri ilə bağlı Avropa Xəbər Agentliyində (European News Agency) gedən yazımı  “Ədalət”in oxucuları ilə, Azərbaycan dilində, bölüşürəm. Agentlikdəki yazılya keçid: https://www.european-news-agency.de/politik/will_putin_attend_cop_29-90106/

***

Dünyanın gözü bu günlərdə Azərbaycana, daha dəqiq desək, Bakıya dikilib. Gələn ay, noyabrın 11-dən 22-dək Bakıda beynəlxalq əhəmiyyətli COP 29 tədbiri keçiriləcək. Mən bu barədə əvvəlki məqalələrimdən birində də yazmışdım (mənbə: https://conncet.en-a.eu/politik/cop_29__how_sincere_are_we-89920/). İştirakçı ölkələrin bəzilərini narahat edən sual budur: Rusiya prezidenti Putin tədbirdə iştirak etmək üçün Bakıya gələcəkmi? Buna ən çox etiraz edən ölkə təbii ki, Ukraynadır. Onlar Putinin iştirak edəcəyi təqdirdə müttəfiqlərini COP 29-u boykot etməyə çağırıb. Ukraynanın Avropa İttifaqındakı səfiri Vsevolod Çentsov "Politico" nəşrinə verdiyi müsahibədə Kiyevin bu məsələdə müttəfiqlərinə təzyiq göstərdiyini bildirib.

“Bu təzyiqi artırmalıyıq. Tərəfdaş ölkələr Azərbaycana açıq şəkildə bildirməlidirlər ki, əgər Putin orada olacaqsa, onlar tədbirdə iştirak etməyəcəklər," deyə səfir Çentsov bildirib.

Lakin, Azərbaycan hökumətindəki bir mənbə BBC-nin Azərbaycan bürosuna bildirib ki, Vladimir Putin COP 29 tədbirində iştirak etmək üçün Bakıya gəlməyəcək. “Rusiya tədbirdə Baş nazir səviyyəsində təmsil olunacaq," mənbə qeyd edib (mənbə: https://www.bbc.com/azeri/articles/c20m31r6gjjo.).

Azərbaycan mətbuatının verdiyi məlumatlara görə, rəsmi Bakı tədbirin yüksək səviyyədə və təhlükəsiz keçirilməsi üçün bütün mümkün addımları atır və Azərbaycanın bu tədbirə yüksək səviyyədə ev sahibliyi edəcəyinə inanır.

Oxucularımız COP 29-la bağlı daha ətraflı məlumatı bu saytdan əldə edə bilərl https://cop29.az/en/homev.

Vüqar Abbasov.

Niderland.

 

TƏQVİM / ARXİV