adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

On milyonluq xalq... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
792 | 2022-11-30 11:26

Prezident İlham Əliyevin yanındadı

 

Sülh müqaviləsindən boyun qaçıran Ermənistan öz havadarlarının qucağına sığınıb və bu havadarlar da onları zaman-zaman «fitilləyir» ki, qorxmayın, biz sənin yanındayıq. Bunu tək Fransa demir, bunu Rusiya deyir, bunu Amerika deyir, bunu erməni lobbisi deyir, bunu həm də Avropanın digər ölkələri də deyir. İran isə ermənilərlə can bir olub və həmişə onun yanında və onun ətrafında fırlanıb. Bu gün də elə İran ermənilərin yanındadı. Başqa cür də ola bilməz!...

...Birinci Qarabağ savaşında torpağımızın 20 faizi işğal olunanda İran ermənilərlə birləşib şəhərlərimizi, kəndlərimizi viran elədi. Evlərimizi, eşiklərimizi, qəbir daşlarımızı bir yerdə söküb apardılar. Və gözləri də doymadı. İranlılar fikirləşmədilər ki, balam, heç olmasa biz müsəlmanıq. Müsəlmanın əli müsəlmanın qanına batmaz. Amma bu ölkə onu heç vaxt düşünmədi. Bir onu düşündü ki, ermənilərlə birləşib uzun müddət torpaqlarımızı işğal altında saxlasınlar. Düz 30 il belə elədilər və axırda da Azərbaycan xalqı, Azərbaycan ordusu, Azərbaycan Prezidenti çıxış yolu tapdı. İşğal altında olan rayonlarımız, kəndlərimiz, qəsəbələrimiz və müqəddəs ocaqlarımız 44 günlük İkinci Qarabağ savaşında azad olundu...

İndi yenə ermənilər və onların havadarları it kimi qudurub düşüblər bizim üstümüzə! Ora ağız atılar, bura ağız atırlar və ağızlarına da bir şey keçmir. Heç ağızlarında qudurmuş itlər kimi dişləri də qalmayıb ha! Sadəcə olaraq hürürlər və hərdənbir hürürlər, qorxub geri çəkilirlər, qudurmuş it kimi qorxularından quyruqlarını bulayırlar; ya deyirlər sülh müqaviləsi bağlayırıq, ya deyirlər Fransa bizim yanımızda olmalıdır, ya da deyirlər yox ey, müharibə eləmək istəyirik! Bilmirsən, bunların hansı sözünə, hansı vədinə inanasan və biz də heç vaxt ermənilərin və onların havadarlarının sözlərinə inanmamalıyıq. Necə ki, 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan Prezidentlərinin iştirakı ilə bəyannamə imzalandı. Azərbaycan bütün öhdəliklərini yerinə yetirdi. Və yerinə yetirməkdə də davam edir. Amma nə Rusiya, nə də Ermənistan götürdükləri öhdəliklərin bir bəndini belə icra eləmək istəmirlər. Əksinə min bir bəhanə ilə vaxt udmağa çalışırlar. Yəni zamanı süründürüb öz hiylələrini həyata keçirməyə can atırlar.

Bütün bu oyunları da Azərbaycan Prezidenti İlham Əliyev çox yaxşı bilir və ona qarşı adekvat tədbirlər həyata keçirir. Artıq dünya siyasətində nə Ermənistana inanırlar, nə Rusiyaya, nə də Fransaya. Çünki o ölkələrin prezidentləri tüpürdüklərini yalayan dövlət başçılarıdır. Bunu heç kim bilməsə də, biz yaxşı bilirik. Yeganə söz sahibi dediyinə əməl edən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevdir. Cənab Prezident həm beynəlxalq təşkilatlardakı çıxışlarında, həm də digər mötəbər tədbirlərdə sülh missiyasına sadiq olduğunu dəfələrlə təsdiq edib. Prezident konkret faktlarla sübut edib ki, sülh müqaviləsini pozmağa can atan Ermənistan və onun Fransa kimi havadarlarıdır. Bunlar hamısı dünya tərəfindən, ağıllı və müdrik siyasətçilər tərəfindən çox yaxşı görünür və bilinir. Bilinməyən odur ki, Ermənistan o oyunu nə vaxta qədər davam etdirəcək və onların ədalətsiz mövqeyini Fransa, İran, Rusiya haçana kimi müdafiə edəcəkdir?!

Bu xalq, bu millət və cəmiyyətimiz Prezident İlham Əliyevə çox böyük inam bəsləyir. Nə az, nə çox, düz 10 milyonluq xalq Vətənin ən ağır günündə cənab Prezidentin ətrafında olub. Orduya, Azərbaycan əsgərinə dəstək verib. Biz bu dəstəyi 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-a qədər gedən 44 günlük ikinci Qarabağ savaşında gördük. Milyonlarla insanlar əllərində bayraq «Azərbaycan Prezidenti, Azərbaycan ordusu» deyib hayqırırdı. Tək hayqırmırdı, on minlərlə gənc könüllü surətdə çağırış məntəqələrinə gedir, Vətəni müdafiə qalxırdı. Hələ nə qədər də insanlar cəbhəyə getmək üçün növbə gözləyirdi.

Bu gün də həmin möhtəşəm xalq yenə cənab Prezident İlham Əliyevin və Azərbaycan ordusunun yanındadır. Başqa sözlə demiş olsaq, Prezident İlham Əliyev nə vaxt əmr versə, on milyonluq xalqın hamısı onun ətrafında birləşəcək, bir əsgər kimi döyüşə atılacaqdır. Çünki Azərbaycan xalqı ən ağır, ən çətin və ən məşəqqətli dövrdə həmişə öz dövlətçiliyini, Prezidentini və xalqını qoruyub. Deməli, kimlərinsə bizə hədə-qorxu gəlməsi və eyni zamanda hərbə-zorba göstərməsi heç nəyi dəyişə bilməz və bu hərbə-zorbanı bizə ermənilərin havadarları Fransa da, Rusiya da və digər dövlətlər də göstərir və cavablarını da alırlar. Çünki cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bəyan edib ki, heç bir xarici dövlət bizim daxili işimizə qarışa bilməz və tutduğumuz haqq-ədalət yolunda döndərməyi bacarmaz!

Müdrik Azərbaycan Prezidenti İlham Əliyev və qüdrətli Azərbaycan ordusu hər an dəmir yumruğu düşmənə və onun havadarlarına göstərə bilər. Sadəcə olaraq biz müharibə istəmirik. Əgər ermənilər və onların havadarları müharibə istəyirlərsə, bundan da qorxmuruq, on milyonluq xalq bir yumruq kimi birləşib onların başına elə bir zərbə endirəcək ki, bir də qiyamətə qədər yerlərindən qalxa bilməyəcəklər! Bax, onda da yağı düşmən it kimi peşman olacaq. Necə ki, ikinci Qarabağ savaşında məğlub olub yalvardılar, dil çıxardılar və axırda da it kimi peşman oldular!!!

 

TƏQVİM / ARXİV