adalet.az header logo
  • Bakı 28°C
  • USD 1.7

Naxçıvanlı olmaq ... - Rza Rzayev yazır

RZA RZAYEV
329430 | 2020-09-07 10:21

Arının pətəyinə çöp uzatmayın !

HƏDƏF - qürur, şəxsiyyət, mənlik, iradə, əzm, dönməzlik və kişilikdi!

Çar Rusiyası zamanı Qış Sarayında Hüseyn Xan Naxçıvanski adlı igidimiz olub, çarın adyudantı.

Bolşeviklər Çar Rusiyasını devirəndə demək olar ki, bütün vəzifə tutanlar və çara çox sadiq olan adamlar bolşeviklərin tərəfinə keçdi.

Bir neçə general axıra qədər çara sadiq qaldılar. Bunlardan biri və birincisi, sona qədər çarı müdafiə edən, şəxsiyyətini, qürurunu, mənliyini sona qədər qoruyan Hüseyn Xan Naxçıvanski oldu.

Sona qədər çarı qorudu və çara sadiq qaldı. Sonda güllələndi. Haqqında çox az məlumat var, harada dəfn edildiyi də məlum deyil.

Tarix dönür, dönə-dönə təkrarlanır, hadisələr, baş verənlər, insanlar fərqli olsa da, məzmun və mahiyyət dəyişmir.

Tarix döndüyündən, tarixi döndərən bolşeviklərin də tarixi dönmək üzrə idi. Bu zaman öz sifəti, şəxsiyyəti, qüruru, mənliyi olan bir Böyük Kommunist var idi.

Bu Böyük Kommunist həmişə ayaqda olub, indi isə başa keçib əyləşən kommunistlərin hədəfinə çevrildi.

Bəlkə də həmişə ayaqda olub, indi başa keçən kommunistlər elə çarı satan, o vaxtki vəzifəlilərin qohumları, qanını daşıyanları idi. Çünki satqınlıq, ikiüzlülük genetik koddur.

Bu dəfə hədəfdə yenə satılmayan, ikiüzlülük etməyən, qürurunu, mənliyini, şəxsiyyətini qoruyan, Hüseyn Xan Naxçıvanskinin həmyerlisi General Heydər Əliyev idi.

Həm imperiyanın mərkəzindəkilər, həm də Bakının mərkəzində oturanlar, ikiüzlülər, mənliyi , şəxsiyyəti olmayanlar, sifətsizlər Onu hədəf seçmişdilər.

TƏQVİM / ARXİV