adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Məsələlərə ədatsiz yanaşmaq özü də radikallıqdır, əzizlər! - Eminquey yazır

EMİNQUEY AKİF
953 | 2022-08-08 14:17

İran barədə düşüncələrimi bilirsiniz. Bunu ona görə qeyd edirəm ki, bu paylaşıma İran üzərindən fikir bildirməyəsiniz. 

 

Üç ildir bu mənzərəni sevə-sevə izləyirəm. Səs, sinxron əl hərəkətləri, vahid rəng, coşğu...

İnsanların içlərindəki kədəri bu cür ifadə etməklərinə əsla qarşı deyiləm, amma məhz bu cür. Deyirsiniz ki, bu, fanatizmdir. 

 

Əla!

 

O zaman heç bir futbol matçına baxmayın və zövq almayın. O futbol matçlarında 55-100 min azarkeş, yəni fanat bir araya gəlir və müxtəlif rituallar yerinə yetirirlər. Fərq bundadır ki, futbol meydanında "Ya Hüseyn!" yox, "Ronaldo", "Forza Barça" və sairə şüarlar səsləndirilir, mahnılar oxunur, Meksikan dalğası yaradılır.

 

Oyun ərzində dəfələrlə fanatlar arasında dava düşür. 

 

Dişimizi-dırnağımızı yeyə-yeyə xarici klublara azarkeşlik edirik. Adamlar var, yemir-içmir, pul yığıb fanatı olduğu xarici klubların oyununa baxmağa gedir.  

 

O zaman niyə buna fanatizm demirik? 

 

Çünki futbol fəlsəfədir, ayrı bir dünyadır. 

 

Bəs Hüseyn? 

 

Məsələlərə ədatsiz yanaşmaq özü də radikallıqdır, əzizlər! 

Heç kim bu məmləkətin insanının ruhundan Hüseyn və digər məsumların əzadarlığını qopara bilməyəcək. 

Əksinə, bunu özümüzküləşdirsək, farsın zəncirindən daha tez qurtula bilərik.

 

 

TƏQVİM / ARXİV