Məcid Hüseynov: “Hazırda kino üçün çox vəsait ayrılmır”
Aktyor Məcid Hüseynov keyfiyyətli filmlərin çəkilməsi üçün ayrılan maddi vəsaitin yetərsiz olduğunu söyləyib.
Adalet.az bildirir ki, o, həm də məsələyə ssenarist kimi yanaşıb. Onun fikrincə tez və az büdcə ilə ərsəyə gələn kinolar ancaq kommersiya xarakterli filmlərdir.
Aktyor “ Yaxşı film üçün yaxşı da ssenari yazılmalıdır. Ssenari isə asan əldə olunan məhsul deyil. Onu 2-3 günə yazmaq da qeyri-mümkündür. Onun üçün sakit bir məkana çəkilib ancaq yazmaqla məşğul olmalısan. Buna görə də ssenaristin maddi təlabatını qarşılamaq gərəkdir. Ssenari elə bir şeydir ki, onu yarımçıq qoydunsa, dünən qaldığın yerdən davam edə bilmirsən. Yəni ortadakı bədii rabitə qırılır.
Hazırda bizim kino bazarında böyük məbləğlər yoxdur. Yəni çox vəsait ayrılmır.
Tamaşaçı deyir ki, niyə yaxşı film çəkmirsiniz? Mən də deyirəm ki, hazırda çəkilən bir neçə filmlər var ki, onlar tam yaxşı filmdir. Ancaq sən 3-4 manat pul xərcləyib həmin filmlərə kinoteatrda baxmaq istəmirsən. O filmləri “youtube”də izləyirsən. Məndən də yaxşı film çəkməyi tələb edirsən?!- deyib”.
Əntiqə
Digər Xəbərlər
23 Sentyabr 2026 09:15
Roza Zərgərli: “O mahnılar heç nəyi sübut etmədi, amma...”
22 Sentyabr 2026 13:53
Təcili əməliyyat olunan məşhur müğənnidən xəbər var
22 Sentyabr 2026 11:03
“Bu gün Azərbaycan küçələrində "Kurtlar Vadisi" replikaları ilə danışan bütöv bir nəsil var”
22 Sentyabr 2026 00:06


Bakı -°C

