adalet.az header logo
  • Bakı -°C
23 Sentyabr 2026 09:35
47
GÜNDƏM
A- A+

Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Paytaxtın Sabunçu rayonunun Mehdi Hüseynzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Adalet.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət səbəbindən 49 nömrəli müntəzəm marşrutun hərəkət sxemi  dəyişdirilib.

Təmir işləri yekunlaşanadək marşrutun son dayanacaq məntəqəsi Asif Əsədullayev küçəsində (Yeni Ramana yolu ilə kəsişmənin yaxınlığı) təyin edilib.