adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

İstismar yolu - Emin Piri yazır

Emin Piri
1942 | 2022-08-25 11:26

Kapitalizmin öz istismar yolları var. İnsanları-bu duruma etiraz edənlərin aqressiyasını, içindəki enerjini başqa yollarla çıxardaraq yenidən öz sistemlərinə tabe edirlər.

Məsələn, hər hansı film vasitəsiylə. O kütləyə bu sistemdə olanlar vaz keçilməz bir nəsnələr kimi yeridirlər. Sadəcə bacarıqlı olsan sən də bu sistemdə özünə yer edə bilərsən anlayışını beyinlərə yeridirlər.

Kazinonu bu filmlərdə yoxa çıxarmırlar. Kazinolar vasitəsiylə kasıbların necə gəlir əldə edə biləcəklərini göstərirlər.

Əslindəsə, insanlara bu sistemin davamlılığını yeridirlər.

Hind, türk eləcə də digər ölkələrin əksər film, seriallarında ana xətt var.

Kasıb, atılmış, haqsızlığa uğramış biri zamanla hər çətinliyi aşaraq qisasını alır, itmiş sevgisini tapır, hökm tabesi yox, hökm edən olur.

Eləcə də Amerika filmlərində. Hansısa ehtiyaclı biri ya kazinona udur, ya kazinonu, bankı soyur. Hansı ki, o bank kazino insanların zəhmətini istismar edirmiş.

Əlbəttə, zəhmət amilini də qoyurlar. Nədənsə şans bu insanların üzünə gülür. Yəni kapitalizm sevindirir.

İnsanların arzularını bazara çıxarmağın əla yoludur. Daha çox kapitalizmin məhv etdiyi insanlar arzularının gerçəkləşməsini bu filmlərin timsalında tapır.

Yaxşı ticarətdi, başqa cür tabe edə bilmədiklərini iznli qəhrəmanlar vasitəsilə istismar etmək.

Bu dəfə sevərək, istəyərək istismar olunurlar özlərindən xəbərsiz.

Eyni insanlar bu kərə həmin şəxslərə filmlərini satır, istədikləri adamları kumirə çevirir, bunlar vasitəsilə reklam sırımaq, istismarçıların istəyi ilə kumirə çevrilənlərin diliylə kütləni ovcunda oynatmaq və.s.i


 

TƏQVİM / ARXİV