adalet.az header logo
  • Bakı -°C
04 Oktyabr 2026 23:12
65
DÜNYA
A- A+

Pilot təyyarəni terminala çırpmağı planlaşdırırdı

“Flydubai” reysinin ikinci pilotu dindirmə zamanı Təl-Əvivə uçan təyyarəni Ben-Qurion hava limanının terminalına çırpmağı və bununla faciə törətməyi planlaşdırdığını bildirib.

Adalet.az xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.

Bildirilib ki, o, İsrailə adi qaydada eniş etməyi, son saniyələrdə isə təyyarənin istiqamətini dəyişərək terminala çırpmağı planlaşdırıb.

Kanal qeyd edir ki, komandirin, yaralanmasına baxmayaraq, kabinənin qapısını aça bilməsi ikinci pilotun planının qarşısının alınmasına imkan verib.

Qeyd edək ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” reysində insident yaşanıb. İkinci pilot təyyarəni ələ keçirməyə çalışıb və kapitana fövqəladə vəziyyət baltası ilə hücum edib. Təyyarə kapitanı isə kabinənin qapısını aça bilib və ikinci pilotu təcrid etmək mümkün olub.

İnsidenti səbəbilə Səudiyyə Ərəbistanının Təbuk şəhərindəki hava limanına təcili eniş edib.