Biz bir bəndə olaraq elə birmissiya daşıyırıq ki, onu Yer üzündəki bütün canlıların topası daşımır. Bunun xoşbəxt tərəfi olduğu kimi həm məsuliyyət və hətta hərdən düşünürəm ki, bədbəxtlik tərəfi də kifayət qədərdi. Ona görə dəbu "bədbəxtlik" sözünü ona görə vurğulayıram ki, kiçik bir səhv,xırda bir yanlışlıq bəzən yüzlərin, minlərin, hətta milyonların həyatı hesabınaötüşür. Bir nadanın atdığı çaxmaq, bir kütbeyinin, yaxud özündənrazının çılpaqlığı yanğınlara, müharibələrə, qarşıdurmalara aparır. Deməli, insan qoruduğu kimi, qurub-yaratdığı kimi, həm də uçurub dağıtmağa, tarımar etməyə meylli varlıqdı. Bax, bu mənada Yer üzünün əşrəfi sayılanın paralel olaraq həmdə Yer üzünün qatili olması birmənalıdı.
Və bu da düşünən insanı bütün ömür boyu diqqət mərkəzində saxlayır. Axı, bizim içimizdə bir topa sual var. O sualların sırasına baxsaq,özümüz də bir balaca silkələnə bilərik. Belə ki, sualların düzülüşünə diqqət yetirin: Kim? Nə? Hara? Kimdən? Nədən? Haradan? Kim üçün? Nə üçün? Hara üçün? Və ən böyük sual - Niyə???
Hə, bax elə bütün problemlər dəbu niyədədi. Və bu niyə də insanın özüdü - əməlidi, xidmətidi, nəfsidi,kimliyidi, əqidəsidi, məsləkidi, ürəyidi, əlidi... Bax, beləcə, bu suallar ətrafında günlərlə, aylarla, illərlə düşünə-düşünə günləri aylara, ayları illərə calayırıq. Bir az, bir az çox, bir az uğurlu, bir az uğursuz. Bu bir karvanyolu. Biz də o karvanın bir yolçusu,qoşulub gedirik sevincimizlə kədərimizlə birlikdə. Elə gedə-gedə də ya böyüyürük, ya kiçilib xırdalanırıq. Çünki biz zamanın dəyirmanının içərisindəyik axı. O dəyirman hamını üyüdür. Bir az narın, bir az girdə, bir az da ağnavazedir. Kimin bəxtinə necə düşə, düşə. Nə isə...
Bəli, bax, bu yükünü çəkdiyimizYer üzünün hansı qatında dayanmağımdan asılı olmayaraq, həmişə özü-özümə sual vermişəm:
- Bu yüklər, bu ağrılar nədən qaynaqlanır? Niyə gerçəyin önündə susmalı oluram? Haqqı etiraf etməyə çətinlik çəkirəm? Və yaxud da içimizdəki ağrını dilimizə gətirməkdə tərəddüdlüyük? Yəni bizim anlayış hissimiz bu qədər kütləşib? Axı əlimizə batan tikan, dərimizicızan kol özümüzdən asılı olmadan bir "uf" gətirir dünyaya. Dərhal o cızılan, o tikan batan yeri ovutmağa çalışırıq. Bax, elə öz həyatımın bir məqamınaüz tuturam. Gəlinim mənə ağrıkəsici iynə vuranda özümü nə qədər bərk tutsam da ufuldadım. Bu halım onu pərişan etdi. Yavaşca, sanki günahını yuyurmuş kimidedi:
- Əmi, iynə göynədəndi...
Üzünə baxıb gülümsədim... Amma yazdım da:
Sən vuran iynə göynətmir
Göynəyir ürək, Fəridə!
Mənə Allahın zülmünü -
Eyləyir, ürək, Fəridə!
Baxıb, susub... içdə gülür
Bir əliylə gözün silir...
Ovcunun içi tək bilir -
Neyləyir, ürək, Fəridə!
Yaşıma, halıma baxıb
Fələk ta falıma baxıb!
Məni lap yandırıb yaxıb -
Kövrəlir, ürək, Fəridə!
Üzməsin bu halım səni
Fərəhdi ruhumun təni...
Kədər ta qorxutmaz məni -
Öyrənir, ürək, Fəridə!
Bəli, bu gerçək ağrı həmişə var, ağrının dərmanı da təbii ki, ortadadı. Sadəcə, onu axtarıb tapmaq, görmək lazımdı. Əgər yaranın ağrısını ictimailəşdirsən nə dəyişəcək ki? Hər kəsin"ah"ı, "uf"u öz içinin yanğısıdı. O odda da elə yanmalısanki, tüstü bacadan düz çıxsın. Onu bir sən görürsən, bir yandıran, bir də Tanrı.Belə olan halda qəmli şeirdən tutmuş qorxunc nağıllara kimi hər şey gerçəklik kimi yaşanacaq. Çəkinməyəcəksən, ürpənməyəcəksən və hətta bəzən o şeirlər, o yaşantılar üçün darıxacaqsan. Və belə məqamda mən də könüldən-könülə olan bir yolla səni duyub sənə tərəf bir pıçıltı göndərəcəm və deyəcəm ki:
Ürəyimin durumu -
İndi qopmaq anıdı...
Sənə dilənən ömür -
Bil, torpağı sanıdı...
Sıxıram çırpıntılar
Yavaş-yavaş səngiyir...
Dolmuş baxışların da -
Vida üçün ləngiyir...
Bu kövrəlmək sevgiyə
Gülüm, deyil ki, əlbət...
Ölən Əbülfət ilə -
Ölür bu sevgi xəlvət...
***
Son günlər yaşananları qısa bir zamanın inkişaf xətti üzərində düzürəm. Necə deyərlər, bu son günlərin mənzərəsini yaratmağa, onun ,maliyyəçilərin dilində desək . balansını çıxarmaq istəyirəm...Və çox qəribədir ki, son günlərin hamısı qayğı yüklüdü, sevincə, təbəssümə, könül rahatlığınabir-iki iynə boyu yer qala, qalmaya... Bax, budur gerçək! Və bu gerçəyin içərisində ayaqda durmaq, sənə sığınanları, sənin içindəkiləri ayaqda saxlamaq heç də asan deyil. Deyə bilərsiniz ki, təkbaşına mücadilələr həmişə çətin olur. Amma mən sizinlə razılaşmıram. Çünki hər birimizin içərisində öz mənimizin tərəfdaşı,ortağı var. Və biz də həmin o ortağımızın güvənini hiss edəndə bir az dayanmaq gücümüz artır. Çox təəssüf ki, bunu hər an hiss etmək, hər an yaşamaq mümkün olmur. Ümumiyyətlə, öz içində məni və o mənin yarısını görmək, ona tapınmaq özüdə fərqli bir istedad, fərqli bir bacarıqdı. Və biz də bu fərqli olanı hər birimiz özümüz kimi yaşayıb, özümüz kimi də aparırıq getdiyimiz hər yerə...
Təbii ki, içindəki mənin yarısıilə bütün ömür boyu birgə olmaq və bu birliyi sınaqlardan, əzablardan keçirmək,sevincinə qarışmaq şəxsən mənim üçün ən böyük arzu və savabdan biri sayılır.Ona görə də içimdəki mənin yarısını, əslində isə elə sənin özünü bu ömrə, bu həyata Tanrı yazıb, Tanrı nəsib edibdi. Mən də Tanrı yazısının pozulmazlığını zaman-zaman deyirəm, yazıram, təkrarlayıram.Hətta hərdən hissləri çilovlaya bilməyəndə yalvarışa da meyl edirəm.Açıq mətnlə kimsəni nəzərə almadan, nəyisə gözdən qaçırmadan az qala bəyanat şəklində vurğulayıram:
Yorulmuş ürəyimin
Dözümünü götür, gəl...
Qor olmuş diləyimin -
Çözümünü götür, gəl...
Dizim hər gün bükülür
İçim qat-qat sökülür...
Göyə dəyib tökülür -
Öz ünümü götür, gəl...
Gözüm yolu geyib ta
Gözümü yol yeyib ta...
Sən Tanrıya deyib ta -
Özülümü götür, gəl...
Daşam, ağacam, otam
Bizi yaradıb O tam!
Sənsiz buzlayır odam -
Köz ömrümü götür, gəl!
Zənnimcə, bu ismarıc, bu yalvarış məni, elə onun özünü də alçaltmır, kiçiltmir, xırdalamır. Ona görə ki, bu içdən gəlir. İçimdəki mənin yarısına doğru gəlir. Onu tamamlamağa, onu tam olmağa səsləyən bir çağırış kimiifadə olunur. Sadəcə, görmək istəyən mənim dediklərimi, yazdıqlarımı duyur,görür, istəməyən isə...
İndinin özündə belə yazdıqlarımın təsiri altında olmaqla bahəm, həm də bir az kənar adam kimi bu fikirlərə göz yetirirəm, saf-çürük edirəm. Oxucuya çatdırdığım məntiqin necə qarşılanacağını anlamaq istəyirəm... Və anlamağa çalışdığım istəklərin fonunda yenə mənzərə canlanır.
O mənzərə də bütövlükdə sevgidi! Birmənalı şəkildə anlayıram ki, sevgisiz heç nə mümkün deyil. Bunun daən böyük sübutu Allahın bəndəni sevgidən yaratmasıdı. Biz sevgidən yarandığımız üçün içimizdə beşikdən məzara qədər sevgi daşıyırıq.
Öz şəxsimdə zaman-zaman sınadığım bu məntiq məni bütün suallarla üz-üzə, baş-başa gətirdiy ianda belə birmənalı olaraq haqdan gələnin qalib olduğunu, hakim olduğunu qəbul etmişəm və yazmışam ki:
Elə günüm
olmur ki,
olüb dirilməyim?
möcüzədi vallah
hər gün
ölməyim,
həm də dirilməyim -
Allah!..
Mən sənə sığınıb
ümidləndim -
ümidnən idim...
Onun
üstümdən qanadın
bir az yığılıb -
qoy kölgəndə
itim...
Allahım!
bəndə haqqıma
iynə ucu iddia
düşmür yadıma,
gəlmir ağlıma
sən
necə istəyirsən
elə də çıx axrıma,
Allahım!
Lap sürünə-sürünə
olsa belə
inan ki,
dilənməyəcəm
amma sən birin
O BİR təki
gözyaşın
sevgi kimi
bükəcək adıma...
***
Adətən bir mövzunun ipucundan başlayıb yol gedərkən sağdan, soldan və ümumiyyətlə hər tərəfdən hansısa təsirlər, hansısa yanaşmalar, bəzən basqılar da qaçılmazdı. Ona görə də istənilən yazı da fikir qırıqlığı, söz dolaşıqlığı normal sayılır mənim üçün. Axı mən də bu cəmiyyətdə, bu camiyədə yaşayıram və baş verən hər şeyin , əvvəldə dediyim kimi , mənə də dəxli var. Onun uğurlu,faydalı hissəsi də zərərli, günahlı bölümü də mənim adımda zərrənin milyardlarda biri qədər etiva olunubdu...
Demək bu gerçək həm də düşünmək və düşündüklərini özünün həyat kredomda ifadə etmək müstəvisini də sərgiləyir.Ona görə də həyatın nə sualından qaçmaq lazımdı, nə də cavabından imtina etmək...Bunu ona görə xüsusi vurğulayıram ki, sual da, cavab da qaçılmazdı. Biz də o qaçılmaz olanın predmetiyik...
Hə, sınandığımız, sevgisi və sevinci, əzabı və möhnətiylə bizi əhatə edən bu dünyanın bir iynə boyda hüceyrəsi olmaq heç də pis deyil. Təki olduğunu hiss edələr, yaxud da sən hiss etdirəsən. Bax, mənim sözümün canı, necə deyərlər, mustafası bundan ibarətdir. Axı bu həyat sevgidən doğulub və bu həyatın bütün canlıları da "Ol!"dan yaranıb.Elə bizim sevgimiz də!