adalet.az header logo
  • Bakı -°C

Dünya qarışır... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
96 | 2026-04-03 12:43
A- A+

ABŞ prezidenti Donald Tramp NATO-nu tərk edəcəyini bəyan edir, İran  Bəhreyndə Amazonun data mərkəzinə hücum edir, Pentaqon İranın bütün elektrik stansiyalarını məhv etməklə ölkəni enerjidən məhrum edəcəyini, "Hizbullah"ın hərbi qanadı İsraili, İsrail Livanı bombalayır, bir sözlə dünya gərginlik içində yaşayır. Rusiya-Ukrayna müharibəsi isə, artıq 4 il 2 aydır davam edir. Bütün bu hadisələr dünya mətbuatının bir günlük xəbərlərində yayımlanır.

 Əslində adi vaxta bu xəbərlərin hər biri kütləvi informasiya vasitələrinin bir aylıq müzakirə mövzusu ola bilərdi. Lakin, Donald Trampın "gərgin fəaliyyəti nəticəsində" hadisələr sürətlə bir-birini əvəzləyir. 

 ABŞ prezidenti Donald Tramp Şimali Atlantika Blokundan cıxacaqlarını bəyən edir, səbəb NATO ölkələrinin ABŞ və İsrailiə İranla müharibədə kömək etməkdən imtina etməsidir. 

 1948- cu ildə Qərb dövlətlərinin təhlükəsizliyinin qorunması məqsədiylə yaradılan NATO dağılmaq təhlükəsi ilə üzləşməkdədir.  Sirr deyil ki,  alyans əsasən Birləşmiş Ştatların maliyyəsi ilə fəaliyyət göstərir. ( nə vaxtsa oxumuşdum, 80-85 faiz Vaşinqton tərəfindən maliyələşdirilir). Tramp birinci prezidentliyi dövründə də, NATO-nu tərk edəcəklərini bəyən edirdi. Lskin onda məqsəd  Avropa ölkələrini alyansa daha çox maliyə dəstəyi göstərməyə məcbur etmək idi. Hazırda isə, Avropa dövlətləri birbaşa ABŞ prezidentinə kömək etməkdən imtina edir. Tramp hesab edir ki, əgər real müharibə vaxtı alyans üzvləri onlara  dəstək vermirlərsə, onda bu hərbi blokda qalmağın mənası yoxdur. 

  İranın hazırki strategiyasını da, qeyri standart hesab etmək olar. Bu dəfə ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi bazalarına deyil, data mərkəzinə  zərbələr endirilməsi Pdntaqona deyil, biznes-lobbiyə zərbə endirməklə, daha ağrılı və incə nöqtəyə- daxili siyasi gərginlik yaratmaqla Ağ Evin rəhbərinə təyziq göstərmək istəyir.

 Tramp Vaşinqtonun bir vaxtlar Ukraynada elektrik stansiyalarlna hücum etməkdə qınadığı Rusiyanın taktikasını təkrar etməklə, İranda milyonlarla insanı enerjisiz qoymaq istəyir və bununla da, açıq şəkildə ikili oyun oynadığını nümayiş etdirir.

 ABŞ prezidentinin alyansdakı hımkarlarına qarşı işlətdiyi ritorika, alyans daxilində gərginliyi artırıb. Politico qəzeti yazır ki, avropa ölkələri təhlükəsizliklərinin qorunması məqsədiylə artıq alternativ mexanizmlər axtarışındadırlar.

 Qəzetin məlumatına görə, avropalı liderlər və müdafiə təşkilatlarının nümayəndələri, ABŞ-ın alyansı tətk etməsi ehtimalından təşvişə düşərək, kuluarlarda NATO-nun  dərin böhran yaşayacağını müzakirə edirlər.
 
 Ekspertlərin fikirincə, avropa dövlətləti NATO-nu əvəz etmək üçün, ikitətəfli və regional müdafiə sazişlərinin bağlanmasına üstünlük verəcəklər.

 Bir sözlə, "bir dəli quyuya daş atıb, indi Qərbdə  yüz "ağıllı" onu necə çıxaracağını müzakirə edirlər"...

 

  • Aprel:
  • 3

TƏQVİM / ARXİV