adalet.az header logo
  • Bakı -°C
25 Oktyabr 2026 19:55
85
DÜNYA
A- A+

Paşinyan həbs etdirdiyi nazirin qızını təbrik etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün rəsmi İnstaqram səhifəsində Nare Kerobyanı "Junior Eurovision" mahnı müsabiqəsində qalib olması münasibətilə təbrik edib.

Adalet.az xəbər verir ki, o, Narenin Ermənistanı təmsil etdiyi qalib mahnısının videosundan bir parça paylaşıb və yazıb:

"Ermənistan "Junior Eurovision"da qalib gəldi. Bravo, Nare!".

Qeyd edək ki, Nare Kerobyan Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyanın qızıdır. Kerobyan 2024-cü ilin fevral ayında Nikol Paşinyanın hakimiyyəti dövründə həbs edilib.

Vahan Kerobyan Ermənistan Respublikası Cinayət Məcəlləsinin 441-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndi ilə bir qrup vəzifəli şəxs tərəfindən əvvəlcədən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunub. Bu maddə nazirliyin satınalma tenderində qeydə alınmış sui-istifadə halları ilə bağlıdır.