Bu ömür görüş yerimiz

ETİBAR CƏBRAYILOĞLU
66174 | 2020-02-21 16:23

Öz imzasını Azərbaycan ədəbiyyatı tarixinə yazdıran şairələrimizçoxdur. Əsrlərdən üzü bəri yol gələn bədii ədəbiyyatımızı Məshəti Gəncəvi, Xanqızı Xurşidbanu Natəvan, Fatma xanım Kəminə, Ağabəyim Ağa, Aşıq Pəri, Heyranxanım olmadan təsəvvür etmək mümkün deyil. Sonrakı dövrlərdə Mirvarid Dilbazi,Hökümə Billuri, Əzizə Cəfərzadə, Nigar Rəfibəyli kimi şairə və yazıçılarımız dəyərliəsərlər yaradıblar.

Bu gün estafeti uğurla davam etdirən xanımlarımız ədəbiyyatımıza yenitöhfələr bəxş edirlər. İstedadlı şairələrimizdən söhbət düşəndə adı öndə gələnlərdənbiri də Sona Vəliyevadır.

Filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, Ali Media və "QızılKəlmə” mükafatları laureatı Sona Vəliyeva sanballı elmi araşdırmalar aparan alimvə naşirdir. "Azərbaycancılıq ədəbi-estetiktəlim kimi”, "Milli Dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyətidövründə azərbaycançılıq ideologiyası” kitablarının, təkcə ölkəmizdə deyil,xaricdə də tez-tez çap olunan məqalələrin müəllifidir. Onun xüsusi ilə HüseynCavidin yaradıcılığının tədqiqi ilə bağlı qələmə aldığı məqalələr böyük mütəfəkkirvə şairin bədii irsinin öyrənilməsi, təbliği baxımından mühüm əhəmiyyət kəsbedir.



Sona xanım ilk növbədə istedadlı şairdir. Məhz ona görə də bu yazıdaşairənin poeziyası, poetik düşüncələri barədə fikirlərimizi bölüşməyəçalışacağıq. Sona Vəliyevanın qələmə aldığı şeirlər, nəşr etdirdiyi "Çəhrayı rənglidünyam”, "Arazbarı”, "Türkün gəlişi”, "Dünya görüş yerimiz”, "Qapına gəldim,İlahi”, "Dünya Tanrı biçimdədir” kitablarını oxuduqca istedadlı bir şairəninkönül dünyası ilə təkbətək qalırsan. Yeri gəlmişkən, şairənin "Dünya Tanrıbiçimdədir” kitabı professor Elçin İsgəndərzadənin rəhbərlik etdiyi "Vektor”Beynəlxalq Elmlər Akademiyasının Şahmar Əkbərzadə adına Ədəbiyyat mükafatınalayiq görülüb.

Buömür görüş yerimiz,

Görüşdük,mən, atam, anam.

MənOrda mələkdim, Allah,

YerdəADAM adlanmışam.


Bəzənyad gəlir buralar,

Ağaclar, dənizlər, çaylar.

Hanıdeyilən doğmalar?

Gəlib gördüm tək qalmışam.

Sona xanım Vəliyevanın şeirlərində klassik ədəbiyyatımızın ruhu aydınduyulur, Tanrıya bağlı bir yaradıcı insanın düşüncələri əks olunur:


Kimə qaldı yurd yeri?

Əlimçatmır, əl verin...

Ürəyiqəm nisgilli,

Qapına gəldim, İlahi!


Yol tikana bələndi,

Naxışlar ilmələndi,

İçim-dərd qıfılbənddi,

Qapına gəldim, İlahi!


İstedadlı şairənin lirik şeirlərində insan, onun daxili dünyası, ətrafdabaş verənlərə münasibəti dolğun əksini tapır. Lakin oxucu kədər notlarınabürünmür, ümidsizliyə qapanmır, əksinə nikbin ovqata köklənir:


Ölçüsüz,biçisiz bu doğmalığın

Bilirsəsirrini, qoy Tanrı desin.

Məni budünyanın təklənməyindən

Qurtarabilərdi tək sənin əlin.


Günəş istisində çovğun, boranvar,

İçimdə min qışın küləyi əsir.

Əlimçarpazlanır sinəmə sarı

Görürəmürəyin əlimdə əsir.


Sona Vəliyevanın bədii yaradıcılığını izləyənlər yaxşı bilir ki, şairəşeirlərində milli ruh, vətənpərvərlik, ikiyə bölünmüş Vətən, işğal altındaqalan yurd yerlərimiz, bütöv Azərbaycan mövzularını daim önə çəkir:


Vətəndə alın yazımız,

Qorumasaq,pozulacaq.

Alındanpozulan yazı

Günahlarla yozulacaq.


Sona xanımı fəqrləndirən əsas cəhətlərdən bir də odur ki, ümummilli dərdlərimizdənbəhs bu şeirlərdə pafos, yalançı hay-küy yoxdur. Yəqin elə ona görə də "Türkünduası”, "Ərdəbilə gəldim”, "Qaçqın yataqxanası”, "Sərhəd adamları”, "Qardaşım Kefli İsgəndərə məktub” silsiləsindənolan şeirlər böyük maraqla oxunur:


Ümidimürəyin son teli, Allah,

Qorxuramüzülə, gedib çatmayam.

Qarabağbağrımın qara səbridir,

Qaryağır, don vursa, səbrim çatlayar.


Səninçün qaradam, qartopudur qış,

Mənim həsrətiməqarlar yağacaq.

Şuşanın, Laçının ümididonub,

Qələbəyazında yarpaqlayacaq.


Sona Vəliyevanın elmi və bədii yaradıcılığı barədə görkəmli alimlər,nüfuzlu ictimai xadimlər mətbuatda, ədəbi məclis və yığıncaqlarda fikirlərinibildiriblər. Akademik, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərovun, akademiklərKamran Əliyevin və Teymur Kərimlinin, professor Cahangir Məmmədlinin, Xalqşairi Sabir Rüstəmxanlının, yazıçı Yunus Oğuzun, tənqidçilər Əsəd Cahangirin,Əkbər Qoşalının, Fərid Hüseynin, jurnalistlər Flora Xəlilzadənin, Əbülfət Mədətoğlununçoxsaylı məqalə və çıxışlarında Sona Vəliyevanın elmimizə, ədəbiyyatımızaverdiyi töhfələrdən geniş bəhs edilib.

Son vaxtlar bizə bəlli olmayan səbəblərdən ədəbi tənqid Sona Vəliyevanınyaradıcılığına biganəlik göstərir. İnanmaq istərdik ki, Sona xanım elmi məqalələri,təzə şeirləri və nəsr əsərləri ilə oxucuların görüşünə gələcək, ədəbi ictimaiyyət,mətbuat onun yaradıcılığına yenidən xüsusi diqqət ayıracaq.

Etibar CƏBRAYILOĞLU


TƏQVİM / ARXİV