adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Azərbaycanlı rəssam Amerika prezidentini necə heyrətləndirdi?

ETİBAR CƏBRAYILOĞLU
105740 | 2020-05-01 14:17

ƏsəriBill Klintona hədiyyə olunan tanınmış xalçaçı rəssam Afaq Kərimova: "Çoxxoşbəxtəm ki, xalçalarım hər gün dünyanın müxtəlif muzeylərində sərgilənir"

Azərbaycanxalçaçılıq sənəti 2010-cu ildən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsinReprezentativ siyahısına daxil edilib. Elə təkcə bu faktın özü Azərbaycandaxalçaçılıq sənətinin qədim tarixə malik olduğunu, dünya mədəniyyətinə necəböyük töhfələr verdiyini sübuta yetirir.

Artıqbir neçə ildir ki, mayın 5-i Xalçaçı Günü kimi qeyd olunur və həmin gün Azərbaycandabu sahədə çalışan insanların peşə bayramı sayılır. Bayram ərəfəsində həmsöhbətseçdiyimiz Afaq Kərimovanın da milli xalçaçılıq sənətinin inkişafında mühümxidmətləri var. Afaq xanımın əsərləri təkcə Azərbaycanda deyil, ABŞ-da,Fransada, Türkiyədə, İspaniyada keçirilən sərgilərdə dəfələrlə nümayişetdirilib, məşhur muzeylərin daimi eksponatına çevrilib.

Tanınmışxalçaçı rəssam Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində baş rəssamvə şöbə midiri kimi çalışıb, Hüseyn Cavidin ev-muzeyinin tərtibatında böyük əməksərf edib. Rəssamlar İttifaqının üzvü, Xəzər Universitetinin Dekorativ TətbiqiSənət Muzeyinin direktorudur.

Yerigəlmişkən, Afaq xanımın ailə üzvləri də yaradıcı insanlar, tanınmış rəssamlardır.Həyat yoldaşı Rafael Əsədov Əməkdar mədəniyyət işçisi, "Humay"mükafatı laureatıdır, milli televiziyamızın Qızıl Fonduna daxil edilən"Topal Teymur", "Ac həriflər", "Nigarançılıq"kimi teletamaşaların quruluşçu rəssamı olub.

HazırdaMədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət kafedrasının müəllimikimi pedaqoji fəaliyyətlə məşğuldur.

QızıƏfşan quruluşçu rəssam olaraq Abdulla Şaiq adına Dövlət Kukla Teatrındahazırlanan bir neçə uğurlu tamaşaya quruluş verib, Gənclər və İdman Nazirliyi tərəfindən"İlin gənci" elan olunub.

"Yasəmən"adlı ilk fərdi sərgisini sənətşünaslar maraqla qarşılayıblar, Prezident təqaüdçüsüƏfşan həm də modelyer kimi çalışır.

Evdəvə işdə daim yaradıcı insanların əhatəsində olan Afaq xanım Kərimova söhbətzamanı ustadı Lətif Kərimovdan, dünyanın müxtəlif muzeylərində sərgilənən əsərlərindən,gələcək planlarından danışır.

-Görkəmli xalçaçı rəssam Lətif Kərimovun güvəndiyi tələbələrindən biri ilə üz-üzəoturmuşuq. Mərhum Lətif müəllimin tələbkarlığından çox danışırlar, bəs siz onubir pedaqoq kimi necə xarakterizə edərdiniz?

-Müəllimim olması ilə hər zaman fəxr etdiyim böyük sənətkar, alim Lətif Kərimovöz sənətinin dərin bilicisi, dünya təsviri sənəti barədə dolğun məlumatı olanbir insan idi.

Təbiiki, hər dərsimizdə qarşımızdakının məhz Lətif Kərimov kimi bir korifeyinolduğunun fərqində idik, bu məsuliyyəti hiss edirdik. Artıq birinci kursda hərtapşırıqdan sonra Lətif müəllim mənim planşetimi götürüb müəllimlər otağındanümayiş etdirirdi. Bu gənc bir tələbə kimi məni sevindirirdi, bir yandan da dərkedirdim ki, qətiyyən arxayınlaşmaqolmaz.

-Sənət müəlliminizin rəğbətini necə qazana bildiniz?

Lətifmüəllim görkəmli sənətkar olmaqla yanaşı, mahir pedaqoq idi, öz tələbələrinə sənətəyaradıcı yanaşmağı öyrədirdi. İlk semestrin sonunda Lətif müəllimin tapşırığından kənara çıxıb onunportretini qrafik üsulla, ornamentlərlə işlədim. Ustadın çox xoşuna gəldi, məsləhətləriniverdi. Bu portret həm də mənim gələcək sənət yolum üçün yaşıl işıq yandırdı.

Ozaman Bakıda xalça simpoziumu keçirilirdi və Mədəniyyət Nazirliyi Lətif Kərimovlabağlı buklet çap etməyə hazırlaşırdı. Lətif müəllimin məsləhəti ilə həmin əsərimbukletdə dərc olundu. Fransanın "Xeli" jurnalında dərc olunan məqaləsindəçəkdiyim portretdən ətraflı bəhs etdi, xoş sözlər yazdı. Yaradıcılığımda hərzaman Lətif Kərimovun böyük qayğı və diqqətini gördüm, ona görə də unudulmaz müəllimimidaim ehtirama anır, verdiyi məsləhətlərə bu gün də əməl etməyə çalışıram.



-Bu yaxınlarda Milli Xalça Muzeyində təşkil olunan mühazirənizdə iştirak edərkənmaraqlı bir faktı öyrəndim. Məlum oldu ki, Əbülfəz Elçibəy ölkə prezidenti kimi Milli Məclisdə and içərkənparlamentin tribunasından sizin əsəriniz olan xalça asılıb...

-1990-ci ildən "Azərxalça" İstehsalat Birliyində baş rəssam işləyirdim.Həmin dövrdə mənim təklifimlə eksperimental sex açdıq və xalqımızın istiqlalı mövzusunu özündə əks etdirən"Azərbaycan" adlı individual bir xalça toxundu.

Mərhumprezident Əbülfəz Elçibəyin 1992-ci ildə keçirilən andiçmə mərasimində məsləhətoldu ki, palamentin tribunasında məhz həmin xalça asılsın. Bir müəllif olaraq təbiiki, bu məni çox sevindirdi.

-Həmin xalçanın sonrakı taleyi bəs necə oldu?

-Sözün açığı həmin xalçanın sonrakı taleyi barədə heç bir məlumatım yoxdur,bilmirəm haradadır. "Azərbaycan" adı həmin xalça muzeydə olmayanyeganə əsərimdir. Gələcəkdə mərhum dövlət başçısı, milli azadlıq hərəkatınınlideri Əbülfəz Elçibəyə ev-muzeyi təşkil olunsa çox istərdim ki, həmin xalçatapılıb muzeyə verilsin.

-Bayaq xatırlatdığım mühazirənizdə o da məlum oldu ki, başqa bir xalçanız ABŞprezidentinə bağışlanılıb. Bəlkə bu barədə bir qədər ətraflı danışaq...

-Yaratdığım ekspereimental sexdə işlədiyim dövrdə mühüm bir dövlət sifarişialdım. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci ildə ABŞ-ailk rəsmi səfərinə hazırlıq görülürdü,Amerikanın o zamankı prezidenti Bill Klintona hədiyyə olunacaq xalçahazırlamalı idim.



Yəqinoxucular da razılaşar ki, belə bir dövlət əhəmiyyətli sifarişi vaxtında vəkeyfiyyətlə yerinə yetirmək necə məsuliyyətli bir işdir. Çox düşünəndən sonra qəraragəldim ki, bu əsər həm də müstəqil, demokratik Azərbaycan dövlətinin dünyayasülh mesajını ötürsün. Sevinirəm ki, nəzərdə tutulan sifarişi vaxtında vəkeyfiyyətlə tamamlaya bildim, yüksək sıxlıqlı, təbii rənglərlə toxunan xalça bəyənildivə Ulu Öndər ABŞ-a ilk səfəri zamanı həmin o xalçanı amerikalı həmkarı BillKlintona hədiyyə etdi. Səfərdən sonra Klintonun mərhum Heydər Əliyevə məktubundamüəllifi olduğum xalça ilə bağlı da məqamlar var idi. ABŞ prezidenti həmin gözəlxalçanın dərin mənasını anladığını və əsərə heyranlığını minnətdarlıqlabildirmişdi.

-Azərbaycanın görkəmli şair və dramaturqu Hüseyn Cavidin ev-muzeyinin tərtibatıda məhz sizə həvalə olunub...

-Böyük söz və fikir ustası Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi,ev-muzeyinin yaradılması, heykəlinin ucladılması mədəniyyətimiz üçün böyükhadisədir.

Xoşbəxtəmki, bu məsələdə, xüsusi ilə ev-muzeyinin tərtibatında mənim də yaxından əməyim keçib. Hüseyn Cavidin ev- muzeyinin tərtibatıilə məşğul olmaq təklifi böyük şairin yadigarı Turan Caviddən gəldi. Turanxanım mənim müxtəlif muzeylərdə və sərgilərdə nümayiş etdirilən əsərlərimlətanış olmuş və bəyənmişdi. Ev- muzeyinin açılışı üçün Hüseyn Cavidə həsrolunmuş xalçanın da hazırlamağımı xahiş etdi. Xalçanı görəndən sonra çox bəyəndi,dedi ki, sən bu mövzuya çox bələdsən, istərdim muzeyin tərtibatı ilə də məhz sənməşğul olasan. Turan xanımla hər ünsiyyət maraqlı və yaddaqalan idi. Onunlagörüşlərim yaddaşımda, dünyaya baxışımda dərin izlər buraxıb. Bu gün Cavidinev-muzeyində dövlət sifarişi və Turan xanımın istəyi ilə "Cavidlər"adlı 4 sujetli xalçam və 5 batik əsərim nümayiş etdirilir.

-Xəzər Universitetində Dekorativ Tətbiqi Sənət Muzeyinə rəhbərlik edirsiniz,orada həm də xalçaçılıqla bağlı laboratoriya yaradıb tələbələrə bu sənəti sirləriniöyrədirsiniz. Belə bir muzeyin yaranması ideyası kimə məxsusdur?

-Bildiyiniz kimi, Xəzər Universiteti Azərbaycanın ilk özəl ali məktəblərindənbiridir. Burada tədrisin keyfiyyətinin yüksək olması, yaradıcı bir mühitinformalaşması hər kəsə yaxşı məlumdur. Xəzər Universitetinin ölkəmizdən kənardada yaxşı tanınması qürurverici faktdır. Univerisitetin uğur qazamnası heç də təsadüfideyil, qabaqcıl ali məktəbin təsisçisi, tanınmış ziyalımız, professor Hamletİsaxanlıdır. Məhz Hamlet müəllimin təşəbbüsü ilə bu təhsil ocağında Dekorativ Tətbiqi SənətMuzeyi və emalatxana yaratmışıq. Burada tələbələrin sənətə çox böyük maraq vəbağlılıqlarını görürəm. İstedadlı tələbələrimiz burada kollektiv şəkildəbir-birindən maraqlı sujetli xalçaların hazırlamasında iştirak edirlər.



-Yaxın vaxtlarda fərdi sərgi keçirmək kimi bir planlarınız varmı?

- Hər bir rəssam istəyir ki, fərdisərgisi keçirilsin və yaxud əsərləri hansısa kollektiv sərgidə nümayiş olunsun.Mən bir rəssam kimi xoşbəxtəm ki, əsərlərimdünyanın müxtəlif ölkələrindəki muzeylərdə demək olar ki, hər gün sərgilənir.Ayrı-ayrı zamanlarda muzeylərin aldığı əsərlərim bir məkana yığılsa Azərbaycanmədəniyyətinin bir xronoloji ardıcılığını əyani göstərmək imkanı yaranar.

Bəzi yaradıcılıq planlarım var,bu ilin sonuna kimi qədim mədəniyyətimizi əks etdirən, hələ dəzgahdan kəsilmişiki xalçamın təqdimatını keçirmək istəyirəm.Bakıda fərdi sərgi barədə də düşünürəm. Təki salamatçılıq, əmin-amanlıq olsun,dünyanı cənginə alan bu koronovirus bəlası tezliklə başımızın üstündən çəkilibgetsin. İnsanlar yenidən iş yerlərinə, tədris ocaqlarına, muzey və sərgisalonlarına qayıtsınlar. Mənəvi zövq verən, gözəl duyğular bəxş edən sənət əsərləriilə baş-başa qalsınlar.


TƏQVİM / ARXİV