Etibarsız - Etibar Cəbrayıloğlu yazır

ETİBAR CƏBRAYILOĞLU
110633 | 2020-07-10 12:11

Az.TV-nin maraqlı görünən verilişlərinin sonundakı titrlərdəonun-adaşımın adını axtarırdım həmişə. Əksər hallarda da gözlədiyim başverirdi, verilişin quruluşçu rejissoru və ya layihənin bədii rəhbəri kimi məhzEtibar Babayevin adını yazılırdı.

Mən həyatda üzünü görmədiyim adaşımın uğurlarına sevinməkdə, o dayeni yaradıcılıq axtarışlarında idi.

Həmişə də elə bilirdim ki, adaşım yaşca məndən bir neçə bayramböyükdür. Az.TV kimi böyük kollektivə bədii rəhbər təyin edildiyini, Əməkdarincəsənət xadimi fəxri adını aldığını eşidəndə də Etibar Babayevlə aramızda birxeyli yaş fərqi olduğunu düşünmüşdüm. Amma illər keçdi və onu yaxındantanıyandan sonra bildim ki, adaşla həm də yaşıdıq.

Söz vaxtına çəkər, 2013-cü ilin isti iyul günlərinin birində ikiadaşın görüşü baş tutdu, məlum oldu ki, qismətimizdə "Jurnalistlər binası”nda qonşu olmaq var imiş. Püşk bizi bir az da yaxın etmişdi, hər ikimizəeyni blokdan mənzil hədiyyə olunmuşdu.

Bəzən zarafata salıb deyirdim ki, püşkbalansı pozub, bir blokda iki Etibar xeyli sıxlıq yaradır, gərək biz adaşlarıayrı-ayrı bloka salaydı. Hər dəfə də zarafatıma sakit, özünəməxsus gülüşü iləcavab verərdi.



Etibar Babayevin özünün də, ailə üzvlərinin dəçöhrəsində həmişə təbəssüm olardı. Hər səhər onların təbəssümləri, xoş rəftarıilə qarşılamaq insanda pozitiv hisslər oyadırdı. Bu mehriban ailə- adaşım,ömür-gün yoldaşı Səyyarə xanım, övladları Səid və Saniyyə qonşularla nəzakətli,kübarcasına davranırdı. Səyyarə xanım son iki ildə iki ağır itki iləqarşılaşdı, ötən il atasını-Xalq rəssamı Altay Hacıyevi, bir neçə gün öncə isəömür-gün yoldaşını itirdi.

Heç vaxt rastlaşmadığımız çətinliklə üz-üzəyik.Amansız, bədheybət COVİD-19-un addım səsləri son vaxtlar daha yaxındaneşidilincə doğmalarımızın, ətrafımızdakı insanların səhhətindən narahatlıq keçirir, hər fürsətdə onları daha diqqətli olmağaçağırırıq. Adaşla bir neçə gün idi görüşmürdük, hər yay mövsümündə bağdaqaldıqlarını nəzərə alıb təlaşa səbəb görmədim. Təzə-təzə öyrənməyə başladığımsosial şəbəkə vasitəsi ilə yazışıb bir-birimizə səhhətimizə fikir verməyi,yaxınlarımızı qorumağı tövsiyə elədik.

Bir neçə gün sonra dəyərli həmkarım MintacElsevərin gecənin bir aləmi lənətə gəlmiş sosial şəbəkədən paylaşdığı xəbərhamını şoka saldı. Dostlar, qohum-qonşular, iş yoldaşları, adaşımı qiyabi tanıyantamaşaçıları Etibarsız qaldıqlarına inana bilmirdilər.

Yaxın dostum, istedadlı televiziya rejissoruNadir Diridağlının səhər tezdən telefondakı kədərli səsi indi dəqulaqlarımdadır: "Etibarla Az.TV-dəki iş otaqlarımız yanaşı idi, evdənteleviziyaya gələnə kimi yolboyu yalvarırdım ki, acı xəbər yalan çıxaydı. Gəlibkabinetini boş görəndə bütün ümidlərim öldü...”

Adaşım etibarsızlıq elədi, qəfil xəstəliyin üzünə xoş baxdı, arzularını, Səidlə, Saniyyə ilə bağlı xəyallarını, yaradıcılıq planlarını və özünəməxsus təbəssümü götürüb həmişəlik getdi. Bizi Etibarsız qoydu...

TƏQVİM / ARXİV