Ağ Ev İsrailin Rəfaha hücumlarının əleyhinədir..? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
776 | 2024-05-13 12:48

 ABŞ bir tərəfdən ard-arda İsrailin Rəfahda yerüstü əməliyyatlara başlamasının əleyhynə olduğu barədə bəyənatlar yayır, digər tərəfdən isə, İsrailə silah-sursat göndırməkdə davam edir..?

 ABŞ-ın İsraildəki səfiri Ceykob Cozef Lyu, İsrailin "Times of İsrael" mətbu orqanına müsahibəsində qeyd edub ki, İsrailin müdafiə ordusunun (TSAXAL) Qəzza bölgəsinin cənubunda, Rəfah şəhərində keçirdiyi hərbi əmıliyyatlar yerüstü əməliyyatlara başlanılması kimi qiymətlındirilməməlidir. 

 "İsrail indiyədək ABŞ-ın əleyhinə olduğu Rəfahda irimiqyaslı yerüstü döyüş əməliyyatlarına başlamayıb. Tel-Əviv aramızda yaşanan fikir ayrılığına rəömın bu günədək "qırmızı xətti" keçməyib"- deyə səfir müsahibəsində bildirib...

 Amerikan diplomatının sözlərinə görə, Birləşmiş Ştatların İsrailə silah göndərilməsinin dayandırılması yalnız hərbi çəkisi 900 kq olan bombalara aiddir. Yerdə qalan bütün növ silahların göndərilməsi isə davam etdirilir. 

  "Bayden administrasiyasının İsrailə böyük gücə malik bombaların gpndərilməsini dayandırması, ABŞ-İsrail münasibətlərinə təsir etmir və təsir etməyəcək"- deyə Ceykob Cozef Lyu bildirib.

  Görünən odur ki, Vaşinqtonun Yaxın Şərqdə baş verənlərlə heç bir əlaqəsi olmadığını nümayiş etdirmək cəhdləri çox uğursuz alınır. Əslində bütün dünyaya da məlumdur ki, işlər başı məhz ABŞ-ın bu bölgədə apardığı "parçala, hökm sür" siyasətinin nəticəsidir...

 

TƏQVİM / ARXİV