Özgür Özəl Prezident İlham Əliyevi təbrik edib
Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib.
Adalet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb.
Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib.
"Telefon danışığı əsnasında Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin sarsılmaz olduğu bir daha qeyd olunmuşdur", - məlumatda vurğulanıb.
Digər Xəbərlər
09 Noyabr 2026 17:42
“Şuşa milli kimliyin, tarixi yaddaşın rəmzidir”
09 Noyabr 2026 17:23
“Ukraynanın bu tələblə razılaşması inandırıcı deyil...”
09 Noyabr 2026 14:25
Ərdoğan: Qardaşlığımıza heç kim kölgə sala bilməz
09 Noyabr 2026 14:24


Bakı -°C

