adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ABŞ və NATO deyəsən aradan cırır -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
663 | 2022-10-12 10:03

Adətən gəmidə vəziyyət dara düşəndə , gəmini birinci kimlərin tərk eydiyini hər kəs bilir. Uzun illərdi Ukraynanı NATO-ya qəbul edəcəyik vədləri ilə, alyansı Rusiyanın sərhədlərinə gətirməklə təhdid edən ABŞ və onun Qərbdəki tərəfdaşları, artıq istədiklərinə - Rusiyanın Ukrayna ilə sonu görünməyən  müharibəyə başlamasına nail oldular. 

Yeddi aydan artıqdı davam edən müharibədə şəhərlər, kəndlər, infrastrukturlar dağılır, hər iki tərəfdən ölənlərin və yaralananların sayı yüz minlərlə hesablanır. 

ABŞ -ın NATO üzrə nüməyəndəliyinin sədri Culianna Smit, təşkilatın Ukraynanın hava məkanında təhlükəsiz uçuş parametirlərindəki fikrində dəyişiklik olmadığını, alyansın bu mövqeyinin dəyişmədiyini bəyan edib.

"Mən hesab edirəm ki, NATO üzrə tərəfdaşlarımız və baş katib, müharibənin əvvələrindən yekdil fikir nümayiş etdiriblər. NATO münaqişə tərəfdarı deyil. Bu münaqişə Ukrayna ilə Rusiyanın arasındadır. NATO hərbi müdafiə alyansıdır Mən bu mövqeyin dəyişdiyini görmürəm"- deyə Smit bildirib.

NATO-nun bu müharibədə iştirak etmədiyini bəyan edən Gulianna Smit, ABŞ və Qərbin təmsil etdiyi NATO-ya üzv dövlətlərinin Ukraynaya  milyardlarla dollar məbləğində silah-sursat göndərməsini, müharibənin dayandırılmaması üçün, Türkiyə prezidenti Təcəb Tayib Ərdoğanın bütün təşəbbüslərinin qarşısının nəyə görə alınması barədə danışmamağa üstünlük verir.

Artıq məsələnin sülh yolu ilə həlli variantlarının getdikcə mümkün olmayacağı hər kəsə məlumdur. ABŞ-ı əslində nəinki Ukrayna və onun xalqı maraqlandırmır,  ABŞ- ı heç antirusiya sanksiyalarının tədbiq olunması ilə bağlı çətin iqtisadi və enerji böhranı ilə qarşı-qarşıya  qalmış Avropa ölkələri də maraqlandırmır. Onların əsas məqsədi üçüncü, dördüncü dölvətləri bu müharibənin qurbanlarına çevirmək, ən əsası da Rusiyanı çökdürməkdir.

Rusiya da ABŞ -ın NATO-nu Rusiyanın qapısına qədər gətirəcəyi avantyurasına inanaraq, qardaş bildikləri Ukraynaya hücum etməklə özünü tələyə düşmüş ayı kimi hiss edir. İndi bu tələdən çıxmaq yollarını arayərkən - işğal etdikləri ərazilərdə qondarma referendumlar keçirərək, bu əraziləri öz ərazilərinə qatmaqla  ciddi səhvlərə yol verir. 

Münaqişə tərəfləri arasında sülh danışıqlarına başlamaq şansları getdikcə daha da əriməkdədir. Lakin nə Rusiya, nə də hələ də ABŞ və Qərbin "dəstəyinə" güvənən  Ukrayna geri çəkilmək fikirində olmadıqlarını bəyan edirlər. Rusiya artıq təkcə Ukraynanı yox, demək olar ki, Avropanı və ABŞ -ı da nüvə silahlarından istifadə edəcəyi ilə hədələyir.

Xüsusilə də, Rusiya prezidenti Vladimir Putinin nüvə silahlarından istifadə edə biləcəklərinin "blef" olmadığını açıq şəkildə bəyan etməsindən sonra, ABŞ və Beynəlxalq qurumlar təşvişə düşüblər. Onların hər biri bu müharibədə iştirakçı tərəf olmadıqlarını bəyan etməklə yaxalarını kənara çəkmək, yəni aradan cırmaq istəyirlər. Görəsən gec qalmayıblar ki?... Bəlkə, okeanın o tayının "dəstəyinə" ümid edən avropa dövlətlərinin "gözü çıxan qardaşlarından" dəsr almalarının da  vaxtı yetişib?  "Özgə işığına ümid edənlər, sonda işıqsız qalar" atalar məsəli də boş yerə deyilməyib.

Hər halda ümid edək ki, Rusiyanın "Nüvə silahından istifadə edə bilərik deməyimiz blef deyil" bəyanatı gerçəkləşməyəcək. Dünya dağılmaq fəlakəti ilə üzləşməyəcək. 

 

TƏQVİM / ARXİV