
Bu işi bəyənmədim. Bəyənən vətənsevər, vətəndaş, əsgər, polis, siyasətçi, əsnaf, kəndli, fəhlə varsa iki addım önə çıxsın.
Ayrıca, hökumətin ən təpəsindəki adam belə olsa "Aman Allahım, bəziləri hökuməti devirməyə çalışdı, bəzi İnternet saytlarında ultimatum kimi gecə yarısı yazılar yayınlandı, darbələr dönəmi qapanmışdır artıq, yox öylə, hələ oralardasa arşın buralarda Hodri meydan! Meydan oxuyuruq..." kimi gərgin sözlərlə ehkam kəsməkdən mədət ummanın boş, təhlükəli, zərərli olduğunu bilməlidir. Əlbəttə, darbə öyüləcək, seviləcək bir şey deyil. Bu gün əsgər və ya sivil ağlı başında heç kimsə darbəni öyməz, sevməz. Amma sadəcə onu bu şəkildə ifadə etmək vahiməlidi. İnsanlar, təbiət, kainat, təkamülə necə tabe isə bütün qurumlar, dövlətlər, millətlər, quruluşlar da təkamülə tabedi. Türk Silahlı Qüvvətləri də eləcə. 1973-cü ildə mən tələbəykən uniforma ilə saqqız çeynəmək günah, intizamsızlıq sayılırdı. Sonra mən zabitlik həyatımda bir çox silah arkadaşım kimi aşağı rütbəlilərə saqqız, konfet ikram etməyə başladım və siqaretdən qurtulmaq istəyənlərin başını qatmaq üçün və ya bilgisayarda çalışanların diqqətlərini toplamaq üçün saqqızın, konfetin olumlu bir rol oynadığını bildim. Demək istədiyim budur ki, Türk Silahlı Qüvvətləri keçmişdə yapdığı hər xətasından dərs alan və bu xətanı bir daha yapmayan 4 min illik bir qurumdu. Əlbəttə, darbə, balans ayarı, ultimatum, postmodern darbə kimi olayları Türk Silahlı Qüvvətləri çox geridə qoyub. Bunu bilərək "iştə xəndək, iştə dəvə Hələb orda, arşın burda, meydan oxuyuram!" kimi sözlər, nitqlər heç xoş deyil, vahiməlidi və toplumumuzu müxtəlif düşərgələrə ayırıcı mahiyyətdədi. Kiçik qızımıza, oğlumuza heç deyirikmi ki, "sən balaca olanda altını batırırdın, indi elə, gör sənin başına nə oyun açaram!". Yəni bu cür konuşmalar eynən mənə belə gəlir. Türk Silahlı Qüvvətlərini sevməmək kimi, bu qəhrəman qurumdan həzz almamaq kimi bir lüksümüz , seçənəyimiz yox, heç olmadı və olmayacaq. Əgər bir az tarix bilgisi, coğrafiya bilgisi, dövlətlərarası ilişgilər bilgisi olan varsa, bu sözümlə nə demək istədiyimi anlayar. Türk Silahlı Qüvvətlərində yararsız personal olmazmı? Ola bilər, amma içlərində Vətən, millət düşmənlərini ən tez və kəsin şəkildə ortadan qaldıran başqa bir qurum varsa, söyləyin. Ordusunu, əsgərini ucaltmaqdansa yerin dibinə batırmağa çalışan belə sorumsuzlar dünyanın başqa nöqtəsində ola bilməz.
İndi gələk yenidən mina söhbətinə. Türk Silahlı Qüvvətlərində, Türk Əmniyyət Təşkilatında, Özəl Hərəkatçılarda bomba, mina zərərsizləşdirmə mütəxəssisləri var. Onlarla birlikdə bir dəstə qurulur, bu dəstəyə bir az eyitim verilərək köhnə bilgiləri təzələnir, varsa yeni üsullar öyrədilir, sonra da uyğun və əmniyyətli bir planla təmizlik hərəkatı başladılar. "Gəlsin NATO təmizləsin!" kimi düşünənlər də varsa sərhədlərimizə hücum olarsa NATO-numu gözləyəcəyik? - sualını verirəm.
Ölüm qaçınılmaz bir sondur. Yemək yeyəndə boğulub ölən gənc qadınlar olur, futbol oynayanda qəlb krizindən ölən məktəb şagirdi olur, donuz qripi, gənə, quş və ya qarğa qripi, yolda gedəndə qarpız qabığından sürüşüb başından travma alıb ölən olur, trafik qəzası, təyyarə qəzası, gəmi batmasından ölən olurg Ölüm hər vəziyyətdə, məkanda, koşulda zatən var. Əlbəttə, mina təmizlərkən şəhid olacaq qəhrəmanlar da olacaqdır. Doğulduğumuz anda zatən hamımız ölməyə namizədik. Ölümə çarə yoxdu, risq, təhlükə... bunlar zatən Türk ordusunun hələ yazılmamış və çap olunmamış, amma bilinən baş ucu kitabındakı ön sözündə var.
Minamızı biz təmizləyərik. Tarixi fürsət, tarixi açılım nədi? Bunu düşündüm, düşündüm, heç anlaya bilmədim, amma bilirəm ki, minamızı biz təmizləyərik.