adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

YENi iLiN MüBARƏK, OBAMA HüSEYNCiYiM!..

VƏDAT KUŞAKLI
18235 | 2009-12-31 01:12
Xeyirli olsun, Obama ilin mükafatını qapdı apardı. Amma bu mükafat nə üçün? Səbəbi nədi, nə yapdı Obama? Çinin Türküstandakı uyğur türkü qardaşlarımıza uyğuladığı qətliamları, vəhşəti, soyqırımlarımı durdurdu? Şimali Kipr Türk Cümhuriyyətinə uyğulanan blokadanı və Rum basqısınımı qaldırdı? Kosovanın müstəqillik qazanmasına, Makedoniyada sakitliyin yaranmasına yardımmı etdi, parçalanan Yuqoslaviyada başının çarəsinə baxmağa qeyrət edən, öz yağında qovrulmağa çapa göstərən xalqlara, millətlərə qarşı serb basqılarını və təhdidlərimi yox etdi? Albaniyanın rifah səviyyəsini iki santimetr yüksəltdimi? Söz verdiyi halda dünya basınına açıqladığı halda Quantanamodakı zülm və işgəncə düşərgəsinimi qapatdı? Bolqarıstandakı ATAKA partiyasının Türk və Türkiyə düşmənliyi yapmasınımı qınadı? Bu partiyanın Bolqarıstanın dövlət televiziyası olan BNT-də 9 ildir yayınlamaqda olan türkcə xəbərlərin yasaqlanması üçün referendum istəməsinimi ayıbladı? Yunanıstanda Qərbi Trakiya türkləri üçün iki ayda bir çap olunmağa çalışılan "Trakiyanın səsi" qəzetəsi daim qapadılan, saytı daim dağıdılan və özü də hücumlara məruz qalan, həbs olunan Əbdülhalim Dədə üçün "Nə olur, nə baş verir, adamı rahat buraxın" dedimi? Makedoniyada yapılmaya çalışılan anketlərə, referendumlara, ordakı türkləri ellen, yunan əsilli göstərmə saçmalıqlarına "yetər artıq, adam kimi hərəkət edin" dedimi? Nigeriyadakı, Somalidəki, Konqodakı Güney və Orta Amerikanın, Uzaq və Orta Asiyanın, Orta Doğunun yoxsulluqlarına, iç və dış barışına qatqıdamı bulundu? İnsan köləliyinimi qaldırdı? Əfqanıstanda terroristləri öldürmək bəhanəsiylə mülki əhalini qətl edən Amerika ordusunun qulaqlarınımı çəkdi? İraqda qan gölünə dönən şəhərləri, qəsəbələri, kəndləri gül bağçasınamı çevirdi?
   
   Obama nə yapdı? Obama bu mükafatı haqq edəcək. Hansı barış, sevgi, şəfqət, mərhəmət, insanlıq layihəsinin altına imzasını atdı və bu layihənin təqibçisi oldu? Donuz qripini Amerika qitəsindən bütün dünyaya yaydıqları və uydurma peyvəndlərdən milyardlarca dolları qapdıqları və bir də müalicə dərmanlarını dünyaya satıb ordan da milyardlarca dollar qapdıqları üçünmü Obama Nobel sülh mükafatı aldı? İsrail Fələstinin anasını illərdi ağlar qoyub. Obama Bəyaz Saraya oturunca İsrail Fələstinin yeddi arxa dönənini ağlatmağa başladı deyəmi bu mükafata layiq görüldü? Yoxsa Amerika bütün dünyanı arxasına alıb Buş əfəndinin İraqa hücum elədiyi kimi İranı qarışdırmağa qərar verdiyi üçünmü bu mükafat onun yaxasına yaraşdırıldı? Azərbaycanın Qarabağdakı torpaqlarını işğal edən, soyqırım yapan ermənilərə "çıxın ordan" dediyi üçünmü bu mükafatı aldı? Bu mükafat parçalanan Yuqoslaviyada köklərinə və mənəviyyatlarına sahib çıxmağa çalışan türk və müsəlman toplumlarına, xalqlarına, millətlərinə verilməli idi. Çünki onlar Avropanın ortasında qoyun kimi boğazlandılar. Qızlarına, qadınlarına təcavüz edildi, cocuqları gecə yarısı baltayla doğrandı, güllələndi, toplu məzarlara diri-diri gömüldü. Anlatmağa, yazmağa, oxumağa ürəkləri dayanmayacağı vəhşiliklərə, canavarlıqlara, şeytanın belə utanacağı, qorxacağı zülmlərə, soyqırımlara məruz qalıblar. Amma soyları qırılmadı, kökləri qurumadı və onlara bunu rəva görən serblərə eyni şeyləri yapmadılar. Kini, nifrəti, intiqam və qisas duyğularını deyil, barış, sevgi, şəfqət, mərhəmət yolunu seçdilər. Başqa xalqlar, başqa millətlər olsaydı bu qədər səbr edə bilməzdilər. Bunları bilərək Obama əfəndiyə Nobel sülh mükafatı verirlər. Zatən özü də bu mükafata özünü layiq görmədi. Zatən mənim sözüm də mükafatı alana deyil, bunu verənlərədi.
   
   Bu arada Çinə nəql olunan Türkmənistan doğal qazı bütün Türk dünyasına, özəlliklə uyğur türklərinə xeyirli olsun. Beləcə Çin dövləti türküstanlı qardaşlarımızı daha bir isti ortamlarda dar ağacına çəkər. Bu duyğular və düşüncələrlə Obama Hüseynə, bütün dünyaya xeyirli illər, uğurlu, bərəkətli 2010 diləyirəm. Pəncərələr işıqlarla bəzədilər, marketlərdən dadlı qidalar alınar, başımıza da rəngli Santa Klaus papaqları keçirib bayramı qeyd edərik. Milli Piyanqo bileti almağını da unutmayın ha.
   
   Bu günə qədər millətimizin hər bir fərdi olaraq "Şah" idik. Bundan sonra "Şahbaz" olacağıq.
   
   Bir tərəfimizə ağac batırmaq istəyənləri və millətimizə "Hasgtir" çəkənləri də unutmayın. Başımıza çuval keçirənləri, yeddi əsgərimizi dumanlı havada pusqu quraraq öldürən alçaqları da əsla unutmayın...
   
   Obama, məncə elə şeytani imperialist güclər var ki, səni belə oynadırlar. O xain, alçaq güclərin bu dünyada oynada bilmədiyi tək bir adam vardı - Mustafa Kamal Atatürk!
   
   Nə isə... Sizə sevdanın yolları, mənə kurşunlar...
   
   Dərdlər mənim, çilə mənim, mutluluq sənin olsun...
   
   Hara qədər? Bir yerə qədər.
   
   Həmin yerə gəldik zatən.
   
   

TƏQVİM / ARXİV