Rövşən Rzayev vətəndaşların müraciətlərini dinlədi

Mayın 6-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Adalet.az xəbər verir ki, vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğuda iştirak, məşğulluqla təminat, eyni zamanda müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər məsələlərlə əlaqədar olub.
Komitə sədri Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat, təhlükəsiz yaşayışının təmin edilməsi üçün verdiyi tapşırıqların ardıcıllıqla icra olunduğunu, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-yenidənqurma işlərini diqqət mərkəzində saxladığı və onun tapşırığı ilə müvafiq işlər görüldüyünü diqqətə çatdırıb. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə bərpa qrafikinə uyğun yenidən qurulan yaşayış məntəqələrinə ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli formada köçürülür. Komitə sədrinin qəbulunda məcburi köçkün olan vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
Digər Xəbərlər

Belarusun Baş naziri və Əli Əsədov Füzulidə - FOTOLAR + YENİLƏNİB

Baş prokuror Qobustanda vətəndaşları qəbul edəcək - FOTO

“Şəhidlər ölməz, vətən bölünməz” - Hərbçilərimiz Moskva küçələrində - VİDEO

Bakıda tikiləcək 10 yeni metrostansiya ilə bağlı detallar - VİDEO

Hərbi təhsil sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edildi

Belarusun Baş naziri Səbail Rayon Yanğından Mühafizə Hissəsində olub - VİDEO/FOTO

Leysan olacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
jpg-1746437920.jpg)