Kobaxidze hakim partiyanın sədri ola bilər

Gürcüstanın hazırkı Baş naziri İrakli Kobaxidzenin hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının sədri vəzifəsinə namizədliyinin irəli sürülməsi alqışlanır. Çünki o, artıq partiya məsələlərində fəal iştirak edir.
Adalet.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu hakim partiyadan olan deputat Levan Maxaşvili bildirib.
"Partiyanın sədri kim olacaq - əvvəlcədən deyə bilmərəm. Lakin əgər Kobaxidzenin partiya rəhbəri vəzifəsinə namizədliyi irəli sürülərsə, mən bunu yalnız alqışlayıram. Bu onun üçün yeni olmayacaq, çünki o, artıq bu vəzifəni tutub. O, baş nazir mövqeyindən də partiya məsələlərində fəal iştirak edib", - deputat bildirib.
Hakim partiyanın yeni sədri mayın 7-də partiyanın qurultayında seçiləcək. Partiya sədri vəzifəsi 2024-cü ilin fevralından bu vəzifəni tutan İrakli Qaribaşvilinin aprelin 25-də siyasətdən getdiyini bəyan etməsindən sonra boş qalıb.