adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

AYDIN HAVASI

VƏDAT KUŞAKLI
21504 | 2009-10-10 00:57
"Aydın" nə deməkdi? Mədəni, oxumuş, görüb-götürmüş, irəli düşüncəli, çağın tərəqqilərini mənimsəyən, aydınlıq, asanca anlaşılan qədər açıq (söz, ya da yazı), vazeh deməkmiş. "Vazeh" nə demək? Açıq, aydın, bəlli deməkmiş. Orta məktəblər üçün Türkcə Sözlük kitabından baxdım. Əli Püsküllüoğlu hazırlamış. Sağ olsun Əli bəy, amma mənə görə xətaları var. "Aydın" mənim fikrimə görə bu qədər yüngül deyil. Mənə görə çağın ən az yüz il irəlisini görə bilən, nurlu, ətrafını, hətta uzaqlarını tam olaraq aydınlada bilən, ölümündən sonra daha insanlara işıq saça bilən, yol göstərə bilən, üfüqləri çox geniş və uzaq, tərbiyəsi və ədəbi nümunə göstərilə biləcək və heyran oluna biləcək səviyyədə, birliyi və bütünlüyü müdafiə edən, dövlətlərə və dövləti idarə edənlərə rəhbər ola bilən, millətlərə və xalqlara ilham verə bilən, öz sərhədlərini aşmış şəxs deməkdir. İrqçilik, bölücülük yapan və şəxsi mənfəətlərini millətin, insanların mənfəətlərindən öndə tutan insanların "aydın" ola bilmələri mümkün deyildir. Cumhurbaşkanı, Başbakan, Bakan, millət vəkili, yazar, qəzetəçi, general, Genelkurmay Başkanı, iş adamı, sənətçi, rəssam, bəstəkar, professor, dosent olmanız demək "aydın" olduğunuz anlamına gəlməz, gələ bilməz.
   
   Kimlər "aydın" olmuşlar sizə bir xatırladım. "Quran" səhifələrində adı çəkilən bütün peyğəmbərlər. Mustafa Kamal Atatürk, Bilgə xaqan, Oğuz xaqan, Şeyx Ədəbali, Aşıq Veysəl, Mövlana, Yunis İmrə, Piri Rəis, Övliya Çələbi mənə görə "aydın" olduqları dartışılmaz insanlardı. Günümüzdə "aydın" varmıdır? Əlbəttə, vardır. Günümüzün "aydın" ola bilmiş, nurlu, aydınlıq şəxsləri kimlərdir? Camaat və təriqət liderləri, siyasi parti liderləri olmadığını bilirəm. Holdinq patronları və başkanları da deyil. Məhəmməd Bozdağı mənə görə "aydın" olaraq sıralaya bilərik. Yılmaz Özdil, Bəkir Coşğun, Məlikə İlgün, Nəvval Sevindiyi isə "aydın" olma yolunda hər gün bir az daha parlayan, işıldayan ulduzlar olaraq görürəm. Mən - bu sətirləri yazan aciz, bəsit, sıradan bilgisi və ağlı qıt şəxs isə hələ ki heç bir şey deyiləm. Pozuq, yanlış, xətalı, əskik də olsa duyğularımı, düşüncələrimi, şübhələrimi, coşğularımı, hüznlərimi, xəyallarımı sizlərlə paylaşmağa çalışan, qələmini düzgün tutmağa çalışan bir qərib fikir, düşüncə xidmətkarınızam, amma əsla "aydın" deyiləm. "Aydın" olduğumu söylərsəm həddimi, tərbiyə sərhədlərimi aşmış olaram. Amma sizə yüzlərcə, minlərcə kitab oxuduğumu söyləyə bilərəm. Bir çox professorlar, din adamı ilə, siyasətçi ilə, politoloqla, psixoloqla, sosioloqla, yazarla, qəzetəçi ilə, generalla Türkiyənin və dünyanın sorumları haqqında olduqca yüksək bir səviyyədə mübahisə edə biləcəyimdə iddialıyam. Amma mən "aydın" deyiləm. Bu səviyyəyə gəlməm üçün o qədər fırın dolusu çörək yeməm lazım gəlir ki, buna ömrüm vəfa etməz, bundan sonrakı saylı günlərim yetməz. Türkiyənin və ya dünyanın mövcud sorunlarını çözmək üçün isə "aydın" olmaya gərək yoxdur. Seçilmiş mövcud hökumət üzvləri, personalları, bakanları, Başbakanı, Cumhurbaşkanı, Məclis Başkanları bu sorunları çözməklə mükəlləfdilər, bunun üçün seçilmişlər, bunun üçün yetkiləndirilmişlər. Bunun üçün də "aydın" markası ilə, etiketi ilə uydurma sifətləri ilə "aydın" olduqları iddia edilən professor, qəzetəçi, yazarların bir dəstəsini bir araya gətirərək "sorunları və çözümlərini təsbit edin, baxaq" demək mənə görə uyğun deyil. Uyğun olmamasından ötə yanlışdı. Hətta bundan da ötə saçma-sapandı. Siyasi partilər var, müxalifət partiləri var, Millət Məclisi var, vəkillər və bakanlar var, hökumət var. Sorunların təsbit və çözum adresləri sadəcə bu məqam, ya da bu məqamın təmsilçiləridi. Bir də bu işə həyatını həsr eləmiş, bu uğurda on minlərcə şəhid vermiş əsgərlərin, polislərin bu məsələdə fikrini sormazlarsa, bu da bir ayıbdı.
   
   "Aydın" ilə başlamışdıq, çünki "aydın" sözü başımı çox qarışdırdı. Ermənilərdən üzr diləmək üçün imza kampaniyası açan bir neçə qəzetəçini və yazarı da biz "aydın" olaraq tanıtmaya çalışdıq. Nə "aydını", qardaşım? Haranın, kimin "aydını"? "Aydın" bəşəridi, bütün dünyaya, bütün insanlığa, gələcək çağlara, gələcək nəsillərə xitab edə bilən şəxs deməkdi. "Sayın" kəlməsinin, "laik" sözünün, "Atatürkçü" lafının içi boşaldıldığı kimi "aydın" sifətinin də içi tamamən boşaldılmışdı. Sizə xəbər vermək istədim. Qısa kəsirəm, əfəndim. "Aydın havası" olsun!

TƏQVİM / ARXİV