adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

BAYRAM YAZISI

VƏDAT KUŞAKLI
18676 | 2009-10-31 03:11
Afərin xəbərçi subay! Çox əla bir iş gördün! Türk Silahlı Qüvvətlərini Türk millətinin qəlbindən söküb atmaq üçün bundan daha yaxşı bir həmlə olmazdı.
   
   İndi sən kimə yaxşılıq elədin, xəbərçi subay? Türk millətinəmi, Türk Silahlı Qüvvətlərinəmi, başqa güclərəmi? Sən indi kimə xidmət etdin, xəbərçi subay? Avropayamı, okeanın o tərəfindəki bir qrup liderlərəmi, Amerikan istihbarat örgütlərinəmi? İndi xoşbəxtmisən? Huşun, huzurun, həzzin yerindəmi? Əsgəri okul, hərb okulu kültürü və mayası almış şəxslər Türk Ordusu əleyhinə xəbərçilik eləməz. Mənə elə gəlir ki, bir sıravi, ya da bir ehtiyatda olan subay, ya da xarici qaynaqlardan qidalanan bir uniformalı diletant özünü subay yerinə qoymuş. Bəlkə də Genelkurmaydan, Türk Silahlı Qüvvətlərindən intizamsızlıq, irtica əyləmləri, terrorçu təşkilatların üzvü, qanundan kənar örgüt qurmaq kimi suçlarla ittiham olunub, ordu ilə əlaqəsi kəsilən bir şəxsdi bu. Bəlkə də ortada subay-filan yox. PKK və onun şəhər qollarının bir tələsi, hiyləsi, incə ayarlı fitnəsi, gözəl işlədilmiş fəsadıdı bu.
   
   Genelkurmay Başkanım Orgeneral İlkər Başbuğ!
   
   Bax, indi danışmağın zamanıdı. Cumhuriyyət bayramımızı bizlərə zəhər-zıqqım eləyən kimlərdi? Bir subay, inandığı, əyildiyi bir mövzu varsa əgər və bu mövzunun onu açdığını düşünərsə, dörd ay deyil, dörd saat belə gözləyə bilməz, qırx dəqiqə belə gözləyə bilməz. Bunu əsgərlik yapanlar çox yaxşı bilir. Subaylarımıza əskidən "zabit" deyərdik. Murad Bardaqçı bilir bunu. Zabit - zəbt edən, zəbti nəzarətə alan deməkdi, hakim olan deməkdi. Subay və ya zabit - ortalığı qarışdıran, Türk Ordusunun canına oxuyan, Türk Ordusu ilə Türk millətinin arasını vurmağa çalışan şəxs demək deyil.
   
   Xəbərçi subay! Hamımızın günahımızla, savabımızla Cumhuriyyət bayramımızı kutlamağa haqqımız var. Bu bayramı haqq etməyənlərə gəlincə - terroristlər, onların qalstuklu, kostyumlu, kart vizitli şəhər bölükləri, Atatürkü dinsiz, kafir olaraq göstərməyə çalışan təriqətlər və əlavə olaraq sənsən. Sən də bilirsən ki, bu ölkədə çevrilişlər, ultimatumlar dönəmi qapanmışdır, geridə qalmışdır. Bu ölkədə çox xəyal qırıqlığı yaşadım. Ən böyük iki xəyal qırıqlığım terroristlərin davullarla, zurnalarla, halaylarla qarşılanması idi və bir də sənin bu xəbərçiliyin idi. Ayrıca, albay Dursun Çiçək haqqında "O bir zavallı" kimi yorumların olduğunu mediada açıqlanan məktubunda bildirmişsən.
   
   O bir zavallı deyil. O, Vətəni, milləti üçün canını verməyə hazır, demokratiyanın, cumhuriyyətin, Atatürkün ilklərinə inanmış şərəfli bir subaydır. Türk millətini, Türkiyə Cumhuriyyətini sevən bir albaydır. Terror bölgəsində, terrorla mücadilə görəvlərində bulunmuşdur. Dindar bir insan olduğunu, Allahdan qorxduğunu da söyləyə bilərəm. Pəki sən kimsən, xəbərçi subay? Kimsən sən? Türkiyəni çevrilişdən qurtaran qəhrəmanmı? Bura Somalimi, Mozambikmi, Uqandamı? Kim, nə zaman, harda, necə darbə yapmaq həvəsinə düşəcək? Darbəni Türk Ordusu bir bütün olaraq yapa bilir. Bax, bu Ordu bütün Qüvvət komutanları ilə, onlara komandanlıq edən Genelkurmay Başkanı ilə "Cumhuriyyətə, demokratiyaya, Atatürk ilkələrinə bağlıyıq! Rejimə inanan bir qurumuq!"-deyirlər. Sən daha nə istəyirsən? Hər sıravidən, hər onbaşıdan, hər uzman çavuşdan, leytenantından orgeneralına qədər "darbə yapmayacam, şərəfim və namusum üzərinə söz verirəm"-deyə imzalı bir kağızmı istəyirsən? Notarius da təsdiqləsinmi?
   
   Çox yazıq! Çox yazıq! Çox yazıq! Vay mənim Vətənimə! Terroristləri yağla, qudurt, bellərini qaşı, qürurlandır... Və Türk Ordusunun zabitlərini, generallarını yerə at, aşağılamağa çalış, çirkaba bulaşdır.
   
   Bizə nə olub, ay millət?! Bu qədər qafillik, bu qədər şaşqınlıq yetsin artıq! Yetsin ulən! (Qulaqların çınlasın, Kadır İnanır) Sən inanırsan, amma səndən başqa inanan qalmadı bizə. İndi mənim də ağrıma getdi bu iş.
   
   "Quş qripi", "Donuz qripi", "Ergenekon", kürd açılımı, terrorist açılımı, erməni açılımı, Suriya açılımı, ekomonik kriz, işsizlik, borc varkən; şəhid yaxınları medallarını qaytararkən; və qazilər protez ayaqlarını çıxarıb küçələrə atarkən; və Azərbaycan bayraqlarını beş paralıq bir matçda Bursa stadionuna almazkən; gizlicə stadiona keçirilən Azəri türklərinin bayraqlarına da türk polisi tərəfindən əl qoyulub zibilliyə atılarkən; və çinlilər on uyğur türkünü edam edərkən; Türkiyə Böyük Millət Məclisinə ziyarətə gələn şəhid yaxınlarının əllərindəki Türk bayraqları toplatılırkən bu Cumhuriyyət bayramını zil taxıb əlimizə zınqrov alıb, çalıb-oynayıb kutlayaq.
   
   Yenə də nə mutlu bana, nə mutlu Türkəm çünki. Vallah, çatlasaz da, partlasaz da mən Türkəm, qardaşım. Mənə böylə bir şəxsiyyət vəsiqəsi verdiniz, "Sən türksən" dediniz, "Türkəm, doğruyam, çalışqanam. Yasam - kiçiklərimi qorumaq, böyüklərimi saymaq. Ülküm - yuksəlmək, irəli getməkdi, varlığım türk varlığına ərməğan olsun" deyib mən kiçicik cocuqkən məni coşqu ilə bağırtdınız. İndi də mənə deyirsiniz ki, "hər dəqiqə türk olduğunu söyləmə. Hələ-hələ qürur duyduğunu heç söyləmə. Türk olmayanlardan ayıbdı". Amma onlar "mən türk deyiləm XL-əm və ya mən absurdam" deyəndə mənə qarşı ayıb olmurmu? Türkçülükdən də vaz keçə bilərəm. Xatırınız üçün mən kosmosdan gəlmişəm, başqa bir qalaktikadan gəlmiş vətəndaşam da deyə bilərəm sizə. Amma öncə insan olaq, öncə dəliqanlı olaq, sonra gəlsinlər ciyərimi yesinlər, nə var ki, insan da qalmadı. Dəliqanlıları gərək arxeoloqlar axtarıb tapsınlar.
   
   Əməkli olub sivil olmanın və bax belə yazar olmanın ən gözəl tərəfi nədi, bilirsiniz? Kimsə sizdən xəbərçilik eləyə bilmir, çünki siz özünüzü hər yeni yazınızda cümlə-aləmə bildirirsiz. Cümlə-aləmə "mən buyam, ulən!" deyərək meydan oxumuş olursuz. Bax bu üzdən yazarlıq çox xoşuma gəlir. 29 ekim Cumhuriyyət bayramımız dilərəm bütün soydaşlarımıza şans, uğur, bərəkət, huzur, coşğu gətirər. Kutlu olsun, mübarək olsun. Oh olsun!
   
   Dan-dadan (bu davul səsidi)
   
   Üüüüvvvvvv (bu da klarnet səsidi)
   
   Haydı buyurun, hamı meydana, əllər havaya, bir irəli, bir sağa, iki sola, haydı! Oynamayan qalmasın!

TƏQVİM / ARXİV