adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

TüRKMƏN QIZI

VƏDAT KUŞAKLI
19349 | 2009-12-19 02:03
Türkiyə insanı türkmən deyincə "Türkmən qızı! Türkmən qızı! Sən allar gey, mən qırmızı" nəqarətindən o tərəfə getməyən bir qırıntı ancaq bulur dağarcığında.
   
   Səddam zamanında və daha öncəsi Türkiyə Cümhuriyyəti hökumətlərinin yetkililəri Bərzani ilə, Tələbani ilə və digərləri ilə dəfələrlə görüşdülər. Bu görüşmələr üçün İraqa neçə dəfə gedildi? Neçə dəfə İraqdakı liderlər Türkiyəyə rəsmi olaraq dəvət edildi?
   
   Amma mənim bir etirazım var. Bu görüşmələrə oraları Vətən, məskən sayan türkmən soydaşlarımız dəvət edildimi? Yoxsa Mosul, Kərkük və Təlafərdəki türkmən soydaşlarımızın taleyi peşmərgənin əlinəmi tərk edildi? Türkmənlər Şimali İraqda bu günə qədər kürdlər tərəfindən dəfələrlə qətliama, soyqırıma məruz qaldılar. Bunların bir çoxu dönəmin hakimiyyətlərincə Türkiyə Cümhuriyyəti millətindən gizlədildi. Səbəb isə İraq ilə münasibətlərimizin pozulmaması idi.
   
   Ancaq İraq və öhdəsindəki kürdlər torpaqlarındakı terrorçuları bir qərinədən artıq bir zamandır Türkiyəyə qarşı qısqırtmaqdan geri qalmırlar və bu teörrorçulara hər cür maddi, mənəvi, ekonomik, tibbi, lojistik yardımı artıqlaması ilə eləyirlər.
   
   İraq və Türkiyə arasında bir iyilik və gözəllik sürəsi başlayacaqsa əgər, bunun yolu o torpaqlardakı terrorçuları bitirməkdən və türkmən türkünün sakitliyini, huzurunu, istikbalını, mal və can güvənliyini əmniyyət altına almaqdan keçər. Bunun başqa mümkünü yoxdur və olmamalıdır da.
   
   Amma bölgədəki türkmən liderləri evlərində hücumlara məruz qalırlar, öldürülürlər və bu liderlər dünyaya səslərini çatdıra bilmirlər. NATO hardadı? Birləşmiş Millətlər hardadı? İnsan haqları təşkilatları hardadı? Qatillər kimdi? Canilər neyçün yaxalanmırlar?
   
   Türkmənlər Türkiyə türklərinin canıdı, ciyəridi, qan qardaşıdı, can qardaşıdı. Bunun da bir bədəli vardı. Ürəkdən inanıram ki, Türkiyəyə hər hansı bir hücum olduğu təqdirdə türkmənlər bizimlə çiyin-çiyinə savaşarlar. Bunun qarşılığında biz ordakı türkmənlər soyqırımlara, qətliamlara məruz qalarkən onlara arxamızımı döndərməliyik? Çox üzülürəm. Türklüyümdən utanıram bəzən. Amma öncəliklə insanlığımdan utanıram.
   
   
   
   P.S. Yer üzündə yaşayan (bağımsız dövlət, muxtariyyət toplumları, etnik qruplar) bütün türklərin liderlərini digər türk liderləri ilə görüşmədən, onların razılığını almadan türk olmayan başqa dövlət başqanları ilə görüşmələri yaxşı alınmaz, xoş olmaz. Hətta türklərin bir-birinə xəyanəti kimi də görünə bilər.
   
   

TƏQVİM / ARXİV