adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

II Dünya müharibəsinin başlanmasını xəbər verən bakılı kəşfiyyatçı...

SAMİRƏ ƏŞRƏF
23521 | 2015-06-04 09:05
Rixard Zorge (təxəllüsü İka Zonter) 1895-ci ilo oktyabrın 4-də Bakının Sabunçu qəsəbəsində anadan olmuşdur. Onun milliyyətcə alman olan atası Adolf Zorge Rotşildin neft mədənlərinin birində siravi texnik işləyirdi. Anası Nina Semyonovna Kobelyeva rusdu, yoxsul fəhlə ailəsindəndi.
Rixard, Karl Marksın şagirdi və dostu, Fridrix Zorgenin qardaşı nəvəsi idi. Rixardın üç yaşı olanda onun valideynləri Rusiyadan Almaniyaya köçmüşlər. Onun atası Berlinin yaxınlığında ev almış və onlar kayzer Almaniyasına xas olan tipik meşşan həyatı ilə yaşamağa başlamışlar. Kayzer almaniyası, Avstriya-Macarıstan və Antanta ölkələri tərəfindən birinci dünya müharibəsi başlananda gənc Zorge alman ordusunun siravi əsgəri olmuşdur.
Müharibədə aldığı ağır yaralar nətcəsində Zorge xəstəxanaya düşür. Şahidi olduğu ağır müharibə dəhşətləri onun xatirində dərin izlər buraxır. Və bu onun gələcək taleyinin həllində əsas amil olur.
Zerge deyirdi: "Əgər mənim heç bir əqidəm olmasaydı da, bircə müharibəyə nifrətim, komunist olmağım üçün tamamilə kifayət idi."
1917-ci ildə Zorge müstəqil-sosial demokrat partiyasının üzvü olur. 1919-cu ililn əvvəllindən isə partiya işlərinə keçir. Həmçinin Hamburq universitetində təhsil almağa başlayır. Dövlət hüquq elmləri doktoru elmi dərəcəsi də alır.
1920-21-ci illərdə Zorge Zolihendə komunist qəzetinin redaktoru oldu. Burada o, eyni zamanda Frankfurt universitetində də elmi işlə məşğul olurdu.
1921-ci ildə Zorge rəhbərliyin razılığı ilə Moskvaya gəlir və sovet vətəndaşlığını qəbul edir. Moskvada Zorge bütün qüvvəsi ilə partiya işinə girişir. Həmçinin tez-tez mətbuatda çıxış edir, siyasi jurnallarda mühüm məqalələr dərc etdirir.
1929-cu ildə beynəlxalq vəziyyət çox gərginləşir. Almaniyada faşistlər hakimiyyət başına can atırlar. Yaponiya militaristləri birinci növbədə Rusiyanı hədələyən təcavüzkar planlar hazırlayırlar.
Çin səfəri və Yaponiyadakı böyük işlərin başlanğıcı...
1930-cu ilin əvvələrində Rixard Çinə gəlir və üç ən çətin şəraitdə ona tapşırılmış vəzifələri yerinə yetirir. 33-cü ildə isə komandanlıq onu Yaponiyaya göndərməyi qərara alır. Həmin ərəfələrdə Zorgenin şəxsi həyatında da dəyişikliklər yaranır. Belə ki, birinci arvadlı Kristina Qerladan ayrılan Zorge 1933-cü ildə ikinci dəfə Yekaterina Maksimova ilə ailə həyatı qurur.
Yaponiyada Zorge nüfuzlu alman qəzetləri "Berzen kurir" və "Frankfurter seytunq"də müxbir kimi işə başlayır. Elə həmin ərəfədə Yaponiyada ezamiyyətdə olan podpolkovnik Ott ilə tanışlığı Zorgenin alman səfirinin əməkdaşları ilə sıx əlaqə yaratmasına kömək olur. Ott hərbi attaşe təyin olunduqdan sonra Zorge ona qeyri-rəsmi köməkçi kimi daha çox lazım olur. Həmçinin alman səfiri Dirksen də ona dərindən inanır və Berlinə göndərdiyi məruzələrində onun məlumatlarından istifadə edirdi.
Beləliklə Zorge həm mövqeyini gücləndirir, həm də kəşfiyyat təşkilatını təsis edir. Həmin təşkilatın özülünü yapon dostları Odzaki, Miyagi, Klauzen, onun arvadı Anna və yuqoslaviyalı jurnalist Vukeliç təşkil edirlər. Beləliklə dünyanın ən geniş miqyaslı kəşfiyyat komandası qızıl beşlik belə yaranır.
Zorgenin köməyi ilə Ott Almaniyanın Yaponiyada səfiri olandan sonra ondan bacarıqla istifadə edib çox qiymətli məlumatlar alır. Zorge faşist Almaniyasının ikinci dünya müharibəsinə hazırlıq görməsi haqqında və Polşaya, daha sonra İngiltərəyə və Fransaya qarşı müharibə başlayacağı barədə mərkəzə xeyli məlumatlar yollayır.
II Dünya müharibəsini bilən ilk insanlar...
Rixard Zorgenin və onun təşkilatının fəaliyyətində mühüm dövr 1939-cu və 41-ci illər olur. Bu zaman o, Almaniyanın Sovet İttifaqına hücum planının üstünü açmağa nail olur.
Belə ki, Zorge 1940-cı il dekabr ayının axırında mərkəzə xəbər verir ki, Rusiya sərhədlərinə 80 alman diviziyası yığılmışdır. Və faşistlər Xarkov-Moskva-Leninqrad xətti ilə Rusiya ərazisini zəbt etmək niyyətindədirlər. 1941-ci ilin aprelində isə o, xəbər verdi ki, Almaniya baş qərargahı İngiltərə ilə müharibəni sona çatdırmamış Rusiya ilə müharibəyə başlayacaq. Belə ki, 1941-ci il iyunun 20-də Almaniya 150 faşist diviziyası ilə hücuma keçəcək. Zorge həmçinin onu da bildirir ki, Moskva altında almanların qarşısı saxlanılsa, Yaponiya Rusiyaya hücum etməyəcək.
Bir çox mənbələrdə verilən məlumatlara görə Zorgenin əleyhinə dəlillər toplayan Yaponiya rəqqasəsi Kiomi ilə sevgi münasibəti Zorgenin təqib olunaraq həbs olunmasına səbəb olub. Əslində isə bu tamamilə yalnış fikirdi. Belə ki, Yaponiyanın əks-kəşfiyyat orqanları uzun müddət idi ki, Zorgenin kəşfiyyat təşkilatını tapmaq üçün tədbirlər görürdü.
Zorge də dəfələrlə hiss etmişdi ki, onu izləyirlər. Lakin məsuliyyət hissi onu işini yarımçıq qoymağa imkan vermirdi. Zorge tez-tez öz yoldaşlarına deyirdi: "Olsun ki, biz burdan sağ-salamat çıxmayaq. Ancaq biz qələbəyə qədər mübarizə aparmalıyıq. Həlak olsaq da bilərik ki, xeyirli iş üçün mübarizə aparmışıq."
Təqiblər və həbslər.
1941-ci il oktyabr ayının 18-də səhər Rixard Zorge və onun ən yaxşı köməkçiləri həbs olundular.
Əvvəlcə ciyərləri xəstə olduğuna çox zəifləmiş Miyagi ifadə vermyə başladı. İkiaylıq psixoloji hücumdan sonra o, təslim oldu. Bu işdə onun səhhətinin pisləşməsi az rol oynamamışdı. Miyagi Zorge qrupundakı işindən danışdı. Yaponlar onun ifadəsindən qrupun başqa üzvlərinin əleyhinə dəlil kimi istifadə etdilər. Müvəfəqiyyətdən qızışmış polkovnik Osaki təkcə Miyaginin adını çəkdiyi adamları yox, həm də onların bütün qohumlarının, dostlarının həbs olunması əmrini verdi. 1942-ci ilin mayında Zorge qrupu ilə əlaqələrindən şübhələnən 100-ə yaxın adam həbs edilmişdi.
Klauzen də işgəncəyə dözməyib, Çində Zorge ilə ilk görüşünü, daha sonra Yaponiyaya göndərilməsini və Zorgenin qızıl beşliyindən biri olaraq işləməsi barədə ifadələr verdi.
O, bir çox məlumatları radio vasitəsilə balıqçı gəmilərindən yolladıqlarını tez-tez radio dalğalarının yerini və parollarını dəyişdiyini dedi.
Klauzen göndərdikləri məlumatların sayını dedikdə müstəntiqlər heyrətə gəldilər. Təkcə Zorgenin özü 1941-ci ildə 40.000 qrup həcmində böyük miqdarda məlumat göndərmişdi.
Vukileç isə bütün əzablara mərdliklə davam gətirdi. Hətta ən ağır işgəncələr belə onu yoldaşlarını ələ verməyə məcbur edə bilmədi.
Zorge və Odzakini isə tək adamlıq kamerada saxlayırdılar. Klauzen və Miyaginin ifadələrindən sonra onlar susmağın mənasız olduğu başa düşdülər.
Yaponlar bir neçə jurnalistə həbsxanada Zorge ilə görüşməyə icazə vermişdilər. Zorge qrupun bütün məsuliyyətini öz üzərinə götürmüşdü və o, əmin idi ki, onu öldürməyəcəklər. O, hesab edirdi ki, Stalin onun işini yüksək qiymətləndirir və onun xilas edilməsi üçün tədbir görəcəkdir. Zorge möhkəm əmin idi ki, onu Rusiyada saxlanılan görkəmli siyasi dustaqların biri ilə dəyişəcəklər.
1100-cü gün.
Lakin, gözləntilər özünü doğrultmadı. 1943-cü ilin sentyabrında həbs olunduqları vaxtdan iki il sonra məhkəmə Zorge və Odzakini ölüm cəzasına məhkum etdi. Onlar bir neçə dəfə özlərini müdafiə üçün məhkəməyə müraciət etsələr də gətirdikləri özünü müdafiə dəlilləri zəif olduğundan məhkəmə bu müraciətləri rədd etdi.
Nəhayət 1944-cü il noyabrın 6-da Odzakı dar ağacından asıldı. Zorge isə ondan bir gün sonra məhkumluq həyatının 1110-cü günündə səhər saat 10:36 dəqiqədə edam olundu.
Onun arvadı Yekaterina Maksimova isə hələ müharibənin ikinci ilində həbs olunmuşdu. Daha sonra isə o, casusluqda günahlandırılaraq beş illik Krasnoyarsk vilayətinə sürgün olunur. Və elə ordaca zəhərlənib öldürülür.
Tərcümə:
Samirə Əşrəf

TƏQVİM / ARXİV