Bizim millətin gəncləri tələbə olub, savad almaqdan çox diplom əldə etməyə daha çox meyillidir! Sovet dönəmində belə bir yazılmayan qanun var idi ki, diplomu olmayan oğlana qız vermirdilər.
Qız evinə elçi gedəndə öncə soruşdular ki, oğlanın diplomu var, ya yox?! Diplomu vardısa, bu işə " hə " deyirdilər.Sözümüzün canı odur ki, o vaxtlar diplomu olanlara " yaşıl işıq" idi. Və harada istəsə, işə düzələ bilərdi! Amma indi dünyada hər şey dəyişib. İstəyir üç- dörd diplomun olsun, savadın, biliyin yoxsa səni çətin ki, işə qəbul eləsinlər.
Düzdür, vəzifədə işləyən savadsız adamlar da az deyil. Onlar həmin vəzifəni ya pulla , ya da atalarının , əmirlərinin , dayılarının hesabına tuta biliblər. Yaxşı vəzifədə də nazirlərin, icra başçısılarının, millət vəkillərinin övladları çalışırlar. Çox az halda kasıb adamların uşaqları hansısa, vəzifədə ola bilər... Bunlar hamısı aydındır, Amma aydın olmayan odur ki, biz yer üzünün nadir millətlərindən ki, pul verib deyirik ki, övladlarımıza təhsil yox, diplom ver! Ancaq şükür Allaha , deyəsən, bu məsələlər yavaş- yavaş yoluna qoyulur.
Tay çox adam pul verib diplom almaq istəmir, əksinə pul verib , təhsil, savad, elm almaq istəyir. Lakin yenə bir " xəstəliyimiz" var . Hamı istəyir ki, uşaqları ali məktəb tələbəsi olsun! Hətta bu şansı əldə etməyən abituriyent intihar eləməkdən belə çəkinmir! Boş və mənasız seçimdir bu yol. Ona görə də ailələr, psixoloqlar belə gəncləri diqqət mərkəzində saxlamalı, onları inandırmalıdır ki, bu son deyil.Ali məktəbə gələn il də qəbul olmaq mümkündür. Və bir də hər şey ali təhsillə həll edilmir. Hər şeyi həll edən insanın zəhmətkeşliyi, mübarizliyi və ifadəsidir. Orta məktəblər tək tələbə yetişdirmir.
Orta məktəblər cəmiyyət üçün tərbiyəli, əxlaqlı, vətənpərvər gənclər hazırlayır. Başqa sözlə demiş olsaq, kamil insan yetişdirir. Bizcə, bundan gözəl yol yoxdur. Füzuli rayonunun Böyük Bəhmənli kəndində iki tam orta məktəb var. Biri Ehtiram Piriyev adına ( direktor Solmaz Qənimətli), digər isə Allahyar Əliyev adına ( direktor Həsən Rzayev). Hər iki məktəbdən hər il ali və orta ixtisas məktəblərinə çoxlu sayda məzun qəbul olur. Bununla yanaşı, bu məktəblər cəmiyyət üçün kamil və vətənpərvər gənclər hazırlayır.
Birinci və İkinci Qarabağ Müharibəsində bu gənclər öz sözlərini dedilər, şəhid oldular, qazi oldular və ərazi bütövlüyümüzü təmin etdilər. Azərbaycan bayrağını Füzuliyə, Cəbrayıla, Şuşaya, Xocavənddə, Qubadlıya, Zəngilana, Ağdama, Laçına, Kəlbəcərə, Xankəndiyə, Xocalıya sançdılar! İndi o yerlərdə gül bitir, çiçək bitir və hər yerdən şəhidlərimizin səsin eşidirik! Adını çəkdiyimiz hər iki məktəb direktoru öz işlərini günün tələbləri səviyyəsində qurmağı bacarıb, ən müasir texnika və texnologiyalardan istifadə etməklə təhsildə böyük uğurlara imza atıblar.
Çünki həmişə ön plana vətənpərvərliyi, kamil insan olmağı çəkməyi bacarıblar. Ona görə də, bizə diplomlu və iş tapmayan gənclər yox, vətənpərvər insanlar lazımdı. Bəlkə düz demirik, dostlar!!!