"Zelenski Rusiya ilə yox, Ukrayna xalqı ilə vuruşur" - Zaxarova

"Volodimir Zelenski Rusiyaya qarşı deyil, Ukrayna xalqını “məhv etmək” üçün döyüşür".
Adalet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Zelenski Rusiya ilə döyüşmür. Zelenski Ukrayna xalqına qarşı vuruşur. Onlara diri və ya ölü Ukrayna vətəndaşları lazım deyil", - o, əlavə edib.
Diplomat Kiyevin mübadilə çərçivəsində əsir götürülmüş min ukraynalı əsgərin qəbulu məsələsində susmasına diqqət çəkib.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi və Ukrayna tərəfi ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Kiyev Moskva ilə mübadilə çərçivəsində əsir götürülmüş 1000 ukraynalı əsgərdən imtina edib, bu səbəbdən mübadilələrin ikinci mərhələsi çətin olub, üçüncü mərhələ isə hələ başlamayıb.