Bu gün müəllimlik peşəsini lap hörmətdən salıblar. Birincisi, hər adama, layiq oldu, olmadı, müəllim deyirlər... Hətta iki eşşəyin arpasın bölə bilməyənə, adını və soy adını düzgün yazmağı bacarmayan, üç- dörd dəfə ağır cinayət törədib yatıb çıxan insana da müəllim deyirlər! Deyirlər, desinlər , ey, cəhənnəmə! Əsas məsələ odur ki, o, böyük ziyalı adını lap gözdən salıblar! İndi də müəllimı hörmətdən salmaq üçün elə bil ki,kimlərsə gecə - gündüz plan qurur.
Və belə getsə , bir müddətdən sonra əksər müəllimlər bu işdən uzaqlaşacaq! Deyirlər ki, " Təhsil haqqında" Qanuna dəyişiklik ediləcək! Yaxşı ideya varsa, qoy edilsin. Amma eşitdiyimiz və mediada səsləndirilən fikirlər kimi olcaqsa, belə dəyişiklik olmasa,yaxşıdı. Nə deyirlər? Deyirlər ki, müəllimlərin əməkhaqqı dərs saatlarına görə deyil, səhər saat 9;00- dan 18- ə qədər məktəbdə olması ilə ödəniləcək. Məktəb, zavodudur, fabrikdir, yaxud hərbi hissədir? Yaxud məktəb məgər konveyrdi? Orada nə isə istehsal olunur ki, müəllim 8 saat məktəbdə olsun! Müəllimləri bu qədər imtahandan keçirirlər, yenə onlardan əl çəkmirlər. Beş- on manat pul verirlər , onu da burunlarından tökürlər! Diaqnoz qiymətləndirmə, sertifikasiya, müsahibələr... Tay nə biləm, hansı oyunlar...
Bunlar Azərbaycan müəlliminin başına açılan müsibətlərdir! Hələ beş ildən bir yenə sertifikatsiya... Buna insan əsəbi dözər! Onsuz da o imtanların həyəcandan nə qədər müəllim xəstəlik tapıb. Bax bûtün bunları cəmiyyət görür və özü də təəccüb içində qalır. İndi də 8 saat oyunu ortaya atılıb. Birdəfəlik deyin ki, repetitorluğu ləğv eləmək, istəyirik, vəssalam! Heç Sovet dönəmində müəllimlər 8 saat məktəbdə olmurdu. Bəs indi müstəqillik dövründə niyə belə addım atmaq istəyirlər! Məktəblərə Kor- təbii yolla təcrübəsiz gəncləri direktor təyin edən də bilmirdilər ki, vəziyyət belə acınacaqlı olacaq. Direktoru təyin etməzlər, cənablar! Direktoru gəlib kollektivdən seçərlər.
Bizdə isə direktoru təyin edirlər. Görürsünüz ki, bu metod özünü doğrultmur. Əgər özünü doğrultmursa, sistemi dəyişmək lazımdır! Deyilənlərə görə, görə ölkəmizdə 600- ə yaxın məktəbdə direktor yoxdur. Direktorsuz məktəb ailə başçısını itirən evə bənzəyir. Yəni orda nə desən, hansı özbaşınalıq desən baş verə bilər və buna görə heç kəs də məsuliyyət daşımaz! Bu gün Azərbaycanın təhsili çox ağır vəziyyətdədir və təəssüf ki, onun xilas yolu da axtarılmır. Çünki yüksək vəzifədə oturanların çoxunun təhsildən xəbərləri yoxdu.
Region Təhsil İdarələrinin bəzilərinə təhsildən xəbəri olmayan adamlar rəhbərlik edir. Və bir də , cənablar, kadr dəyişikliyi hələ islahat demək deyil. İslahat və təhsil strategiyası odur ki, savadlı, təcrübəli və ədalətli müəllimlər yüksək vəzifəyə təyin edilir. Və ölkəmizdə belə müəllimlər kifayət qədərdir. Yetər ki, onlar layiq olduqları yerdə əyləşsinlər. Əgər belə olmasa, vaxt gələcək təhsildəki ədalətsizliyə görə, bir çox müəllimlər könüllü sevdikləri müəllim peşəsindən uzaqlaşacaqlar!!!


Bakı -°C
