adalet.az header logo
  • Bakı -°C

Ölməyə də yeri yoxmuş... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
261 | 2026-05-10 14:06
A- A+

 ... Adam  həftələrlə , aylarla toya hazırlaşır və onu çox çətiiklə   yola verir. Bəs onda qəfil yas düşəndə  necə çıxış yolu tapmaq olar??? Bu suala cavab vermək elə də asan məsələ deyil! Bilirsiniz , niyə? Çünki imkanlı adamlar yaxını , əzizi rəhmətə gedəndə  çox asanlıqla bu məsələləri həll eləməyi bacarır.Belə ki, bir çoxları əvvəlcədən baha qiymətə olsa da, qəbir yerləri alıblar, hətta bəziləri neçə- neçə qəbir yeri alıb, sonra da onu baha qiymətə başqalarına satır. Yəni onlar bundan da pul qazanırlar! Varlığa nə darlıq , pulları  var, nə desən eləyə bilərlər! O ki, qaldı başqa imkanlı adamlara , onlar da Bakıda istənilən  yerdən , baha da olsa, qəbir yeri ala bilir.

Ancaq mövcud qanunla qəbir yerləri pulsuz olmalıdır. Görəsən, Bakıda pulsuz qəbir yeri alan varmı??? Şəxsən mən buna inanmıram! Ki, pulsuz qəbir yeri olsun! Varsa, nə gözəl! Əgər kimsə, belə qəbir yeri alıbsa, bizə desin , o qəbir yeri satanların ölənlərinə hər gün rəhmət oxuyaq! Kasıb adamların yası düşəndə vəziyyət daha da çətinləşır. Yəni o kasıb adam bilmir ki, qəbir yerə alıb, rəhmətə gedənini dəfn eləsin, yoxsa  camaata ehsan, yemək versin! Bakıda isə qəbir yerləri mərkəzdən və ucqardan asılı olaraq 2500 manatla , 15000- 20000 min civarındadır! Təbii ki, bu pul da hər adam da olmur.

Elə kasıb adam tanıyıram ki, rəhmətə gedənini  Bakıda dəfn edə bilməyib, götürüb aparıb  rayona! Məgər , belə hadisələr az olub! Bakıda hər qəbiristanlığın öz yiyəsi var. Və hər qəbiristanlığında müəyyən edilmiş qiymətləri var! Və Yeni Günəşlidəki , eləcə də Dədə Qorqudakı qəbir yerləri də kifayət qədər bahadır. Buralarda qəbir yerə almaq üçün gərək 2500 - 4000  manatından keçməlisin! Hər gün də, adını çəkdiyim qəbiristanlıqda nə qədər rəhmət getmiş insan dəfn edilir.

Bəs, o pullar kimin cibinə axır??? Təbii ki, qəbiristanlığın müdiriyyəti o pulları tək yeyə bilməz! Onlara qorxma deyən, arxasında duran  vəzifə sahibləri  var! Başqa sözlə demiş olsaq, onlara havadarlıq edilir. O havadarları biz tanımasaq da, aidiyyəti qurumlar çox yaxşı tanıyır. Bu işdə bələdiyyələrin də məsuliyyəti az deyil. Elə götürək Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki bələdiyyəni . On ildən çoxdur ki, o bələdiyyənin sədri İxtiyar müəllimdir. Bu on ildə hörmətli İxtiyar  müəllim gözə görünən bir iş   görməyb. Əhalidən yığılan pullar hara xərclənir o da bilinmir. Bilinən  odur ki, bir çox vəzifəli şəxslər yerində deyil və onlara göstərilən etimadı layiqincə doğrultmurlar!!! Bakıdakı qəbiristanlıqlarda baş alıb gedən özbaşınalıqların qarşısın  kim alacaq??? Aidiyyəti dövlət qurumları bu barədə insanların narahatlığını  nəzərə almalı və çıxıs yolu tapmalıdır!!!

Burda Vaqif Bayatlı Odərin bir bənd şeiri yadımıza düşür:

Bu dünyada sirr axtarma,

Bu dünyanın sirri yoxmuş,

Yaşamağa yer axtarma ,

Ölməyə də yeri yoxmuş...

 

  • May:
  • 1
  • 8

TƏQVİM / ARXİV