Sumqayıtda 28 kq narkotik vasitə satmaq istədilər - VİDEO
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.
Adalet.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı Turan Əhmədzadə və tanışı 25 yaşlı Orxan Abdullayev saxlanılıblar.
Onlardan ümumilikdə 28 kiloqram 200 qram tərkibinə zərərli maddələr əlavə olunmuş marixuana aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb. Narkotiklərin dövriyyəsində T.Əhmədzadə və O.Abdullayevlə əlbir olan digər şəxslərin də müəyyən olunması istiqamətində əməliyyatlar davam etdirilir.
Digər Xəbərlər
24 Noyabr 2025 12:06
Bakıda 13 min manatlıq oğurluq
23 Noyabr 2025 17:00
Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı klinika direktoru SAXLANILDI
23 Noyabr 2025 11:42
Mingəçevirdə 17 yaşlı şagirdin qətli ilə bağlı yeni detallar məlum oldu
22 Noyabr 2025 18:33
"Lake Hotel"in icarədarı həbs olundu
21 Noyabr 2025 15:08
Kiberpolisdən qanunsuz qumar oyunlarında iştirak edənlərə qarşı əməliyyat - VİDEO
21 Noyabr 2025 09:50
Polis şəhid məzarlarından oğurluq edənləri saxladı - VİDEO
20 Noyabr 2025 11:40
Üç evdən oğurluq edən şəxs həbs olundu - VİDEO
20 Noyabr 2025 10:19


Bakı -°C

