Bakıda 13 min manatlıq oğurluq
Binəqədi rayonunda talama cinayəti baş verib.
Adalet.az xəbər verir ki, rayonun Biləcəri qəsəbə sakini polisə müraciət edərək yaşadığı evdən 3000 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlanmasını bildirib. Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı R.Muradov müəyyən olunaraq saxlanılıb.
Nəsimi və Nərimanov rayonlarında yerləşən mağazalardan isə ümumi dəyəri 4300 manat olan iki ədəd mobil telefon və noutbuk oğurlamaqda şübhəli bilinən 5 nəfər- C.İsmayılov, A.Şanayev, T.Abdıyev, P.Fərziyev və R.Qurbanəliyev də polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
23 Noyabr 2025 17:00
Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı klinika direktoru SAXLANILDI
23 Noyabr 2025 11:42
Mingəçevirdə 17 yaşlı şagirdin qətli ilə bağlı yeni detallar məlum oldu
22 Noyabr 2025 18:33
"Lake Hotel"in icarədarı həbs olundu
21 Noyabr 2025 15:08


Bakı -°C

