Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı klinika direktoru SAXLANILDI
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı həmin binanın zirzəmisində yerləşən klinikanın direktoru cinayət məsuliyyətinə cəlb edilib.
Adalet.az report-a istinadən zəbər verir ki, binanın zirzəmi qatında və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini müqavilə əsasında icarəyə götürmüş "Loft Dent" klinikasının direktoru Paşayev Bəhruz Sahib oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində istintaqı aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.
Fakt Baş Prokurorluğun mətbuat xidmətindən təsdiqlənib. Bildirilib ki, əlavə məlumat veriləcək.
Qeyd edək ki, hadisə zamanı 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər. 20-dən çox adam isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Digər Xəbərlər
23 Noyabr 2025 11:42
Mingəçevirdə 17 yaşlı şagirdin qətli ilə bağlı yeni detallar məlum oldu
22 Noyabr 2025 18:33
"Lake Hotel"in icarədarı həbs olundu
21 Noyabr 2025 15:08
Kiberpolisdən qanunsuz qumar oyunlarında iştirak edənlərə qarşı əməliyyat - VİDEO
21 Noyabr 2025 09:50
Polis şəhid məzarlarından oğurluq edənləri saxladı - VİDEO
20 Noyabr 2025 11:40
Üç evdən oğurluq edən şəxs həbs olundu - VİDEO
20 Noyabr 2025 10:19
Cinayətdə şübhəli bilinən 31 nəfər saxlanıldı
19 Noyabr 2025 18:55
Rəqsanə ev dustaqlığına buraxıldı - YENİLƏNİB
19 Noyabr 2025 16:56


Bakı -°C

