adalet.az header logo
  • Bakı -°C
24 Noyabr 2025 17:23
55
HADİSƏ
A- A+

Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda çoxmərtəbəli binada baş verən yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***

16:49

Bakının Nəsimi rayonunun Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binanın mənzilində yanğın başlayıb.

Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.