adalet.az header logo
  • Bakı -°C
24 Noyabr 2025 17:08
69
DÜNYA
A- A+

Rusiya ABŞ-nin Arktikanın bir hissəsini ələ keçirməsindən ehtiyat edir?

Birləşmiş Ştatlar gələcək geosiyasi mübahisələrdə üstünlük əldə etmək üçün Arktikanın bir hissəsini ələ keçirmək niyyətindədir. 

Adalet.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev deyib.

"Gəlin ABŞ-nin hazırkı prezident administrasiyasının fəaliyyətinin necə başladığını xatırlayaq: onun baxışı dərhal şimala, Qrenlandiyaya, Kanadaya yönəldi. Amerika gələcək geosiyasi mübahisələrdə üstünlük əldə etmək üçün Arktikanın bir hissəsini ələ keçirmək niyyətindədir", - Kosaçev bildirib.

Onun fikrincə, Arktikanın geosiyasi əhəmiyyəti ilk növbədə onun ehtiyatları ilə bağlıdır: bütün neft ehtiyatlarının 13%-ə qədəri və qaz ehtiyatlarının 30%-ə qədəri orada cəmləşib.