Mingəçevirdə 17 yaşlı şagirdin qətli ilə bağlı yeni detallar məlum oldu
Mingəçevirdə 17 yaşlı şagirdin qətli ilə bağlı yeni detallar məlum olub.
Adalet.az-ın "Unikal"a istinadən məlumatına görə, dünən Mingəçevirdə iki məktəbli arasında baş verən və ölümlə nəticələnən hadisə ilə bağlı bir sıra məqamlar üzə çıxıb.
Məlumata əsasən, bıçaqlanaraq qətlə yetirilən 2008-ci il təvəllüdlü Elman Etibar oğlu Sarıyev bir müddət əvvələ qədər şəhərin 1 saylı orta məktəbində təhsil alıb. O, 10-cu sinifdən etibarən 17 saylı orta məktəbə köçürülərək təhsilini həmin məktəbdə davam etdirib. Ailədə iki qardaş olublar.
Hadisəni törətməkdə şübhəli bilinən, mərhumdan iki yaş böyük Cavidan Əliyev isə Mingəçevir şəhər 6 saylı orta məktəbin 9-cu sinif şagirdidir. Məlumata görə, onun anası - Şəms xanım - pedaqoqdur.
Hadisənin motivi ilə bağlı müxtəlif versiyalar səsləndirilsə də, hələlik rəsmi açıqlama yoxdur. Bildirilir ki, qətldən az əvvəl hər iki şagird çayxanada birlikdə olub. Orada hansı səbəbdən mübahisə yarandığı və münaqişənin ölümə gətirib çıxarma mexanizmi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Digər Xəbərlər
22 Noyabr 2025 18:33
"Lake Hotel"in icarədarı həbs olundu
21 Noyabr 2025 15:08
Kiberpolisdən qanunsuz qumar oyunlarında iştirak edənlərə qarşı əməliyyat - VİDEO
21 Noyabr 2025 09:50
Polis şəhid məzarlarından oğurluq edənləri saxladı - VİDEO
20 Noyabr 2025 11:40
Üç evdən oğurluq edən şəxs həbs olundu - VİDEO
20 Noyabr 2025 10:19
Cinayətdə şübhəli bilinən 31 nəfər saxlanıldı
19 Noyabr 2025 18:55
Rəqsanə ev dustaqlığına buraxıldı - YENİLƏNİB
19 Noyabr 2025 16:56
Kiberpolis 200-dən artıq vətəndaşın kart məlumatlarını ələ keçirən şəxsi saxladı - VİDEO
19 Noyabr 2025 14:38


Bakı -°C

