Leyla Əliyeva Qaradağda yeni parkın açılışında - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qaradağ rayonunun Qobustan qəsəbəsində salınmış yeni parkın açılışında iştirak edib.
Adalet.az xəbər verir ki, Bakı–Qazax magistral yolunun 60-cı kilometrliyində, yaşayış evlərinin qarşısında yerləşən yeni istirahət məkanının ümumi sahəsi 10 min 350 kvadratmetrdir. Qobustan qəsəbəsi sakinləri üçün sağlam və keyfiyyətli istirahət məkanı formalaşdırmaq, yaşayış mühitini daha da yaxşılaşdırmaq məqsədilə parkda geniş abadlaşdırma işləri aparılıb. Yaşıllaşdırma işləri çərçivəsində park ərazisində müxtəlif növ ağaclar, kol bitkiləri və güllər əkilib, qazon salınıb. Sakinlərin və xüsusən də uşaqların rahatlığı üçün ərazidə söhbətgahlar, uşaq oyun meydançaları quraşdırılıb, həmçinin işıq dirəkləri, oturacaqlar və zibil qabları yerləşdirilib.
Açılış tədbiri çərçivəsində xüsusi ağacəkmə aksiyası keçirilib. Leyla Əliyeva və IDEA könüllülərinin iştirakı ilə parkın müxtəlif hissələrində sərv ağacları əkilib.
Daha sonra Leyla Əliyeva parkdakı uşaqlara müxtəlif oyuncaqlar hədiyyə edib, onlarla birlikdə xatirə şəkilləri çəkdirib.
Digər Xəbərlər
24 Noyabr 2025 17:26
Bu bazarda quş kəsimi yerinin fəaliyyəti dayandırıldı - VİDEO
24 Noyabr 2025 16:23
Xankəndi, Ağdərə və Xocalıda məskunlaşan əhalinin sayı açıqlandı
24 Noyabr 2025 15:48
Rövşən Rzayev keçmiş məcburi köçkünlərin müraciətləri dinlədi - FOTO
24 Noyabr 2025 14:35
Ötən həftə azad olunan torpaqlarda 1 500 hektardan çox ərazi minalardan təmizlənib
24 Noyabr 2025 12:39
QMİ-dən Həcc ziyarətinə getmək istəyənlərə ÇAĞIRIŞ
24 Noyabr 2025 12:23
Sabah 21 dərəcə isti olacaq
24 Noyabr 2025 10:44
Bu gündən qadın avtobus sürücüləri vəzifələrinin icrasına başlayıb
24 Noyabr 2025 09:52


Bakı -°C

