"BMT Təhlükəsizlik Şurasının strukturu müasir reallıqları əks etdirmir" - Prezidentin köməkçisi
Beynəlxalq qurumların, xüsusən də BMT Təhlükəsizlik Şurasının mövcud strukturu müasir dünyanın reallıqlarını əks etdirmir. Bu qurumda Qlobal Cənubun səsi kifayət qədər eşidilmir və ədalətli coğrafi təmsilçilik təmin olunmayıb.
Adalet.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hesab edirik ki, BMT Təhlükəsizlik Şurasının islahat prosesi zamanı xüsusilə Qlobal Cənubun səsi və onun ədalətli təmsilçiliyi təmin edilməlidir. Azərbaycan çoxtərəfliliyin əsas dəstəkçisidir, lakin təəssüf ki, biz çoxtərəfliliyin və çoxtərəfli institutların iflic vəziyyətini görürük. Qlobal Cənub ölkələri isə bu institutların gücləndirilməsinə effektiv şəkildə töhfə verməyə davam edəcək.
Digər Xəbərlər
12 Iyun 2026 11:44
Zahid Oruc: Qurtuluşdan Zəfərə gedən yol Azərbaycanın dövlətçilik tarixini dəyişdi
12 Iyun 2026 11:43
Milli Məclisdə ötən ilin dövlət büdcəsi müzakirə olunur
12 Iyun 2026 11:20
Sahibə Qafarova: Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni böhrandan çıxardı
12 Iyun 2026 11:18
Əliyev Putini təbrik etdi
12 Iyun 2026 11:14
Milli Məclis Prezident və xanımını təbrik etdi
12 Iyun 2026 11:12
İlham Əliyev Filippin Prezidentini təbrik edib
12 Iyun 2026 11:05
Parlamentdə növbədənkənar sessiya: 10 məsələ müzakirəyə çıxarılır
12 Iyun 2026 10:44


Bakı -°C

