"Bir neçə universitetimiz TOP siyahıya düşüb" - Emin Əmrullayev
Azərbaycanın ali təhsil müəssisələri son illər reytinqlərdə öz yerlərini yaxşılaşdırıblar.
Adalet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AZCON Mühəndislik və Texnologiya Məktəbinin təqdimatına həsr olunan mətbuat konfransında deyib.
Nazir bildirib ki, istər əmək bazarı göstəriciləri, istər dövlət göstəriciləri üzrə artıq bir neçə universitetimiz TOP siyahıya düşüb: “Amma bu, hələ azdır. Son illərdə Azərbaycanın bir çox böyük müəssisələri, xüsusilə sənaye müəssisələri istedad axtarışındadır. Onlar da ali təhsil müəssisələrinin məzunlarına və ümumiyyətlə innovasiya sahəsində kadr potensialının üzə çıxarılmasına böyük diqqət ayırırlar.
Biz xaricdə təhsil proqramlarından istifadə edirik, azərbaycanlıları xarici universitetlərə göndəririk. Artıq bir neçə ildir ki, dünyanın aparıcı universitetlərinin Azərbaycan universitetləri ilə birlikdə ikili diplom və ya əməkdaşlıq çərçivəsində belə bir modelindən istifadə olunur”.
Digər Xəbərlər
16 Iyun 2026 12:20
Müəllimlərin geyimi ilə bağlı hüquqi əsas yaradılır
16 Iyun 2026 11:07
Rezidentura imtahanında iştirak edəcək şəxslərin NƏZƏRİNƏ!
14 Iyun 2026 13:23
"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib
13 Iyun 2026 12:38


Bakı -°C

