adalet.az header logo
  • Bakı -°C

Xalqı çörəklə sınağa çəkənlər... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
438 | 2026-02-21 18:37
A- A+

Heç bir qida  olmasa, ancaq çörək olsa,insanlar acından ölməz! 1941- 1945- ci  il Böyük Vətən müharibəsində  milyonlarla insan  acından ölüb. Bunu kim bilməsə də yaşı 80- dən yuxarı olan insanlar çox yaxşı bilirlər.

Rəhmətlik Telli nənəm deyərdi ki, müharibə  dövründə Bəhmənlidə bir kisə unu onluq qızıla satırdılar. Un ala bilməyənlər  jımıx ( heyvana verilən yem) yeyirdi. Həmin dövrdə də kəndimizdə   nə qədər adam rəhmətə gedib.Və bu gün də müharibə  gedən  ölkələrdə- Ukraynada, Fələstində, Afirkada bir çox insanlar acından dünyalarını dəyişiblər. Bəzən yarım çörək bir neçə insanı ölümdən xilas edib. Ölkəmizdə də  çörək və çörək məmulatları bahalaşmaqda davam edir. Bunun da obyektiv və subyektiv səbəbləri var. Bunlar başa düşüləndir. Amma onu başa düşmək olmur ki, bir çox çörək istehsalçıları  mövcud vəziyyətdən sui-istifadə edirlər. Yəni heç bir səbəb olmadan qiyməti artırırlar.

Bir müddət əvvəl  mediada bir yazı oxuduq . Çörək istehsalçılardan biri  bildirirdi ki, pensiyalar artırılıb.Biz də çörəyin qiymətin qaldıracağıq.Məgər , hamı pensiya alır? Pensiyada əksəriyyət insanda 30- 40 manat arasında artıb. Onsuz da bir neçə ay bundan əvvəl  əksər məhsulların qiyməti  qalxıb və o cümlədən çörəyin. Sumqayıt şəhərində istehsal olunan 700 qramlıq kömbə  çörəyin qiyməti bir neçə ay bundan əvvəl 1 manat 5 qəpikdən , 1 manat 10 qəpiyə qaldırılıb. Və biz də qara çovdar çörəyindən hər gün ikisini alırıq! Bu gün - yəni fevralın 21- də " Ballı " marketdən  həmin çörəkdən aldıq.

Məlum oldu ki, bu çörəyin qiyməti nə az, nə çox, düz 15 qəpik bahalaşıb.Başqa sözlə demiş olsaq , bu çörəyin biri indi 1 manat 25 qəpiyə satılır!.Xeyir ola? Birdən- birə  15 qəpik də artım olar! Hər şey bahlaşa, insanlar buna bir qədər  də  narazı olmazlar. Amma çörək bahalaşnda əhali çox narahat  olur. Ən azından elə ailə var ki, gündə 4-5 və daha artıq çorək alır. Bu, həmin , kasıb ailələtin büdcəsinə  pis təsir edir. Artıq bir manata çörək düşmür.

Amma bəyənmədiyimiz sovet hökumətinin vaxtında bir manata üç çörək  düşürdü.O günü dilənciyə  50 qəpik verdim götürmədi. Dedi ki, 50 qəpiyə çörək düşmür. Heç olmasa , bir manat çörək pulu ver. Və mən də onun qəlbin sındırmayıb bir manat verdim.İndi, hötmətli çörək istehsalçıları bu xalqı çörəklə sınağa çəkməyin və insanların qəlbini sındırmayım. Elə hərəkət edən ki, bir manat çörək düşsün. Camaatın qarğışı yox , alqışın qazanın. Bu , kömbə çörək istehsal  edən Sumqayıt Çörək Zavoduna da aiddir. Və insanları çörəklə sınağa çəkmək olmaz. Ona görə ki, belə hərəkət Allaha da xoş getmir!!!

TƏQVİM / ARXİV