adalet.az header logo
  • Bakı -°C

Qalmaqallı amerikan maliyyəçisinin işində Rusiya izləri -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
247 | 2026-02-03 11:57
A- A+

Yanvar ayının 30-da ABŞ-ın Ədliyyə nazirliyi insan alverində və azyaşlıların cinsi istismara cəlb olunmasında günahlandırılan qalmaqallı amerikan maliyyəçisi  Ceffri Epşteynin cinayət işində keçən külli miqdarda sənədlər yayımlayıb. Sənədlərin içərisində onlarla Rusiya şəhərlərinin adları çəkilir.

 Dərc olunan fayllarda Epşteyn şəxsən və ya köməkçiləri vasitədi ilə Rusiyaya çoxsaylı səfərlər edib. İşdə adı çəkilən 26 Rusiya şəhərində,  Epşteynin rusiyalı qlzlarla dialoqu, şəkil paylaşmaları, qızların Birləşmiş Ştatlara dəvət olunma planları yer alır. 

 Bundan başqa, yayımlanan sənədlərdə Epşteynin tanış olduğu "namizəd" qızlar barədə informasiya toplaması, Skype vasitəsi ilə "modellərin" anketlərinin göndərilməsi fakları da var. Bunların içərisində "Miss Tolyyati", həmçinin Stavropol dairəsində keçirilən "Top-model po russki" şousunun iştirakçılarının adları hallanır.

 Ceffiri Epşteyn fahişəliyi və azyaşlıların cinsi istismarını təbliğ edən şəbəkənin yaradıcısı hesab olunur. Sənədlərdən məlum olur ki, Epşteyn ya özü həmin azyaşlılara qarşı zorakılıq edib, ya da onları varlı adamlara satıb. 

 Ədliyyə nazirliyinin yaydığı sənədlərdən  məlum olur  ki, Epşteynin müştəriləri arasında kifayət qədər tanınmış siyasərçilər, biznesmenlər və s. simalar var. Törətdiyi əməllərə görə,  amerikan maliyəçini  uzunmüdfətli həbs cəzası gözləyirdi. Lakin o, 2019-cu ildə saxlandığı həbsxananın kamerasında özünə qəsd edib. Nə bilmək olar, bəlkə də adlarının hallanmasından ehtiyat edən kimlərsə tətəfindən aradan götürülüb

 Hər halda istintaq materiallarında "özünə qəsd edib"  deyilir. Epşteynin ölümündən 7 ilə yaxın vaxt keçməsinə baxmayaraq, mütamadi olaraq cinayət işində adı hallanan məhşurların adları mətbuata slzdırılır və növbəti qalmaqal şousu yaradılır. Göründüyü kimi növbəti "qurbanlar" - Klintonlar seçilib.  Görünən odur ki, qalmaqallı işlə bağlı kimləri isə "vurmaq üçün araşdırmalar"  hələ uzun müddət davam edəcək...


 

TƏQVİM / ARXİV