adalet.az header logo
  • Bakı -°C

Ermənistan Rusiyadan "boşanır" -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
81 | 2026-08-19 11:56
A- A+

Uzun illərdi Ermənistanın təhlükəsizlik məsələləri Rusiyanın üzərinə düşürdü. Ölkənin sərhədlərinə və Zvartnos hava limanına rus sərhədçiləri nəzarət edirdi. Bundan başqa Gümrüdə Rusiyanın 102- ci hərbi bazası yerləşir və Yerevan kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının aktiv iştirakçısı idi.

Ermənistan suveren  respublika statusundan daha çox Rusiyanın for-postu statusunu daşıyırdı. Stokolmun dünya problemlərinin araşdırmaları institutunun məlumatlarına görə, ölkənin müdafiə potensialının 94 faizi Rusiyanın çiyninə düşürdü.

 2020- ci ildə Azərbaycan 30 ilə yaxın bir vaxta Ermənistan-Rusiya hərbi birləşmələri tərəfindən işğal altlnda saxlanılan torpaqlarını 44 gün ərzində işğaldan azad etdikdən sonra, məğlubiyyətin səbəblərini Moskvada axtaran Ermənistan, necə deyərlər Rusiyadan "boşanmaq" qərarına gəlib. 

 Artıq özünə yeni "arxa-dayaq" axtaran Yerevan, Rusiyanın rəhbərlik etdiyi KTMT-də fəaliyyətini dondurub, Türkiyə ilə sərhədlər istisna olunmaqla, Zvartnos hava limanına və İranla sərhədlərinə ermənilər özləri nəzarət edirlər. Bu illər ərzində Rusiyadan alınan silah-sursatın miqdarı 10 faiz azalıb.

 Beləliklə, özünə yeni "arxa-dayaq" axtaran Ermənistan, bu yaxınlarda  Pakistanla başladığı 3-4 günlük müharibədə ağ bayraq qaldıraraq təslim olan Hindistanın üzərində dayandı.  Artıq Yerevan "təhlükəsuzliyinin qorunmasını heç özünü qorumağı bacarmayan Hindistana həvalə etmək istəyir."

 Əsasən, lisenziya ilə Rusiya silahlarının istehsalı ilə məşğul olan Hindistanın müdafiə naziri Radjeş Kumar Sinqx Yerevana rəsmi səfərə gəlib. O, erməni həmkarı Suren Papikyanla görüşüb, daha sonra isə baş qərəgahın rəisi Edvard Aspyanla ilə hərbi sanaye məsələrini müzakirə edib.

 Verilən məlumatlara görə, Hindistan tərəfi gələcəkdə logistika marşurutlarını da, Ermənistan üzərindən aparmaqla "Şimal-Cənub" dəhlizinin açılmasını istəyir. Bu marşurut guya, Rusiya və İranla, eyni zamanda Cənubi Asiya ilə əlaqələr qurulmasına kömək edəcək. Hindistan hesab edir ki,  marşurut xətdində əsas rolu Ermənistan  oynayacaq. Lakin, Ermənistanın Rusiya ilə birbaşa sərhədləri olmadan bunu necə edəcəkləri sual doğurur...

 Rusiyalı hərbi ekspert Anatoli Matviyçuk hesab edir ki, Hindistan Ermənistanda Rusiyanı əvəz edə bilməz. Əvvala Hindistanın lisenziya ilə istehsal etdiyi Rusiya silahlarının keyfiyyəti aşağıdır. İkincisi də, Yeni-Dehlinin bir çox hərbi sistemlərində çatışmamazlıqlar var. 

 "Ermənistan hakimiyyəti hazırda maksimum dərəcədə Rusiyadan aralanmağa cəhd edir. Ona görə də özünə kənarda yeni tərəfdaşlar axtarır. Lakin bunun heç bir mənasl yoxdur.  Çünki, Moskva ilə əlaqələri tamamilə kəsmək, Yerevanı çətin vəziyyətə salar"- deyə hərbi ekspert bildirib.

 Ermənistan isə, yeni "xozeyn" axtarışlarını davam etdirir.  

 

 

 

 

 

TƏQVİM / ARXİV