2 iyul- Azərbaycan Polisinin Peşə Bayramıdır!
Dünyanın hər yerində polis var, amma dünyanın hər yerindəki polisdən fərqli olaraq Azərbaycan polisi daha güclü, daha vətənpərvər və daha peşəkardır. Bunu tək biz demirik! Bunu xaricdən gələn əcnəbilər də deyirlər. Bunlar hamısı aydındır. Çünki Azərbaycan polisi bu günkü gücə , qüvvəyə,peşəkarlıqığa gəlib çatmaq üçün çox çətin, ağır bir yol keçıb və bu yolda olmazın əzab-əziyyətin yaşayıb!
Müstəqqilliyə çatmaq üçün keçilən əzablı anlar, Birinci və İkinci Qarabağ Müharibəsindən onların qəhrəmanlığı, cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin qorunması, insanların təhlükəsizliyi polisin çiyninə böyük yük, böyük məsuliyyət qoyub. Heç şübhəsiz ki, bu missiyanı, bu vəzifəni həyata keçirmək elə də asan deyildi. Amma Azərbaycan polisi bu vəzifələrin öhdəsindən bütün dövrlərdə bacarıqla , peşəkarlıqla gəlib. Ulu Öndər Heydər Əliyev və prezident İlham Əliyev Azərbaycan polisinə həmişə yüksək dəyər və onlara güvənib.
Polis də ölkənin ən çətin siyasi-iqtisadi vəziyyətində prezidentin və xalqın yanında olub və ona göstərilən etimadı layiqincə doğruldub! Bir faktı da qeyd edək ki, həm Ulu Öndər Heydər Əliyev, həm də prezident İlham Əliyev Azərbaycan polisinin maddi-texniki bazasının möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlayıb. Polis mütəmadi olaraq ən müasir və yeni texniki avadanlaıqla, dünya standartlarına cavab verən nəqliyyat vasitələr ilə təchiz edilib!
Bu imkanlar hesabına polis öz vəzifə borcunu yüksək peşəkarlıqla yerinə yetirib.Onu da qeyd edək ki, bu gün Azərbaycan dünyanın ən sabit və sakit ölkələrindəndir.Məhz sabitliyin və əmin-amanlığının təmin olunmasında polisin xidmətləri əvəzsizdir. General - polkovnik Vilayət Eyvazov daxili işlər naziri təyin ediləndə sonra polisin gücü , nüfuzu daha da yükələib və cinayətkarlığa qarşı, xüsusilə də narkotikanın satışına, yayılmasına qarşı mübarizə bir qədər də gücləndirilib! Təsadüfi deyil ki,son illər polisin apardığı peşəkar axtarış- əməliyyat nəticəsində tonlarla müxtəlif narkotik vasitələr dövriyyədən çıxarıb, narkotacirlər saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Bu birmənalı olaraq polisin peşəkarlığı hesabına həyata keçirilib.Əgər bu əməliyyatlar polis tərəfindən aparılmasydi , görünün nə qədər insan ölkəmizdə " ağ ölumün" qurbanı ola bilərdi! Buna görə yenə biz polisə " çoxsağol" deməliyik! Azərbaycan polisi Birinci və İkinci Qarabağ savaşında , eləcə də antiterror əməliyyatıda əsl qəhrəmanlıq göstərib! Nə qədər şəhid olan , qazi olan polislərimiz olub.
Bununla yanaşı cinayətkarlığa qarşı mübarizədə canından keçən, igidlik göstərən polis əməkdaşları var. Və onların hər birinın adı xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Şəhidlərin yeri Cənnət olsun, qazilrimizə Allah kömək eləsin! Bu peşə bayramı günündə hər bir polisin öz zəhməti var! Biz "Ədalət" qəzeti olaraq polislə birgə böyük layihələr həyata keçirmişik və həmişə onların yanında olmuşuq! Daxili İşlər Nazirinin Baş Narkotiklərlə Mübairizə İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsi, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, Nəqliyyatda Baş Polis İdarəsi, Çevik Polis Alayı sözün həqiqi mənasında öz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirir, ölkəmizdə ictimai asayişi yüksək səviyyədə təmin edirlər .
Buna görə xalqımız onlara öz minnətdarlığın bildirir.Çevik Polis Alayının işini isə xüsusilə qeyd etmək istəyirik. Onlar həm dövlət tədbirlərində , həm də paytaxtımızdə təhlükəsiiyi yüksək səviyyədə təmin edirlər! Alayın Binəqədi bölüyünün komandir, Elvin Babayevin və əməkdaşlarının zəhmətini xüsusilə qeyd etmək lazımdır.Bununla yanaşi, Alayın Nizami , Suraxanı, Nərimanov, Yasamal, Səbail rayonlarının əməkdaşları da öz işlərinə məsuliyyətlə yanaşırlar. Peşə bayramı günü cənab nazir , general - polkovnik Vilayət Eyvazov başda olmaqla , bütün polis əməkdaşlarını təbrik edir, onlara cansağlığı arzulayır, uğurlar diləyirik. Cənab polislər prezidentimizə , xalqımızı sədaqətli xidmət etdiyinizə görə, millətimiz də sizi çox istəyir! Tanrı Azərbaycan Polisini qorusun!!!


Bakı -°C
